12px13px15px17px
Tarix:01/06/12

Dövlət qulluğu sahəsində təqdim olunan elektron xidmətlərlə bağlı rəy bildirmək olar

Hazırda "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 saylı qərarına əsasən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təqdim olunan 5 elektron xidmətin reqlamenti ictimai müzakirəyə çıxarılıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektorunun müdiri Vüsal Həmidov məlumat verib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üzrə e-qeydiyyat, müsabiqə və müsahibə nəticələri barədə məlumatların əldə edilməsi, dövlət qulluqçularının reyestrindən məlumatların əldə edilməsi, dövlət orqanları tərəfindən ehtiyat kadrlar barədə müvafiq məlumatların əldə edilməsi və dövlət qulluğu sahəsində müxtəlif statistik hesabatların təqdim edilməsi üzrə elektron xidmətlərin hər birilə bağlı istifadəçilər öz fikirlərini bildirə bilərlər: “Bunun üçün istifadəçi müvafiq bölmədə adını, elektron poçt ünvanını, göstərilən şəkildəki mətni qeyd etməklə mesajını daxil edərək “göndər” düyməsini sıxmalıdır”.




CAHANGİR




Baxış sayı: 1214

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024