12px13px15px17px
Tarix:02/06/12

Müxtəlif təyinatlı tematik xəritə və atlasların nəşri və e-satışı xidməti qismən avtomatlaşdırılıb

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən müxtəlif təyinatlı xəritə və atlasların nəşri ilə bağlı elektron xidmət qismən avtomatlaşdırılıb. Bu xidmət müxtəlif təyinatlı tematik xəritə və atlasların nəşri və e-satışını əhatə edir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən məlumat verilib.

Komitədən qeyd edilib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən göstərilən xidmətin icraçısı Bakı Kartoqrafiya Fabrikidir: “Hazır xəritələrin sifarişçilərə çatdırılması 1-5 gün ərzində, yenilərinin hazırlanması müqavilədə nəzərdə tutulan müddət ərzində həyata keçirilir.

Tematik xəritələr tərtib və çap olunaraq mümkün olan üsullardan biri ilə sifarişçiyə çatdırılır. Xidmət üçün tələb edilən ödənişlərə gəlincə, müvafiq xidmətlər üzrə məbləğlər təsdiq olunmaq üçün Tarif (Qiymət) Şurasına təqdim olunub. Xidmətin göstərilməsi üçün ödəmə - internet-ödəmə, terminal, nağd və s. üsulları şəklində həyata keçirilir”.

Xidmətdən fiziki şəxslər, hüquqi şəxslər, dövlət orqanları istifadə edə bilərlər: “İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. İnteraktiv elektron xidmətlər üçün sorğuya gəlincə, müxtəlif təyinatlı tematik xəritə və atlasların nəşri ilə bağlı sorğu internet ünvanından götürülmüş ərizə formasının doldurularaq müvafiq sənədlərlə birlikdə qurumlara göndərilməsi nəticəsində formalaşır.

Belə ki, nəşrlə əlaqədar müraciət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, elektron satışla bağlı isə Bakı Kartoqrafiya Fabriki tərəfindən qəbul edilir. Təqdim edilən sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və aidiyyəti qurumlara göndərilir”.
 
HƏQİQƏT




Baxış sayı: 2455

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024