12px13px15px17px
Tarix:04/06/12

İranda yeni kosmodromun tikintisi başa çatmaq üzrədir

İranda yeni kosmodromun tikintisi başa çatmaq üzrədir və ona İslam Respublikasının yaradıcısı ayətullah Ruhulla Musavi  Xomeyninin adı veriləcək. Bu barədə İranın müdafiə naziri Əhməd Vahidi məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, kosmodromun tikintisi üzrə aparılan işlərin 80 faizi yerinə yetirilib. İranın “Tolu” peyki yeni kosmodromdan orbitə  birinci buraxılacaq. Müdafiə naziri kosmodromun yerləşdiyi məkan barəsində məlumat verməyib.

Məlumat üçün bildirim ki, indiyə qədər İranda raketlər orbitə Semnan əyalətində yerləşən kosmodromdan buraxılıb. 2010-cu ilin fevralında həmin kosmodromdan “Safir” raketi işə salınıb və o, İranın “Ümid” adlı ilk peykini orbitə uğurla çıxarıb. İran bundan sonra “Rasad” və ”Navid” peyklərini, həmçinin içərisində siçan, tısbağa və soxulcan yerləşən biokapsulanı orbitə buraxıb.



EMİL





Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024