12px13px15px17px
Tarix:04/06/12

Nuşirəvan Məhərrəmli: «Rəqəmli TV yayımı üçün yerli müəssisələr dekoderlər istehsal etmək niyyətindədir»

«2012-ci ilin sonuna qədər Azərbaycanda analoq yayımın dayandırılması və rəqəmli yayımın tam həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Bu işləri görmək üçün də hələ ki bizim xeyli zamanımız var. İstərdik ki, bu işi tez həyata keçirək».

İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib. Onun sözlərinə görə, aztəminatlı ailələrin dekoderləri ala bilməsi üçün hökumətə etdiyimiz müraciətə baxılır".

N.Məhərrəmli deyib ki, əgər müraciətləri müsbət cavablandırılarsa, onda rəqəmli yayıma daha tez bir zamanda keçmək mümkün olacaq. Şura sədri onu da əlavə edib ki, müraciətlər müsbət cavablandırılmasa da, qərara uyğun olaraq 2012-ci ilin sonunda analoq yayım dayandırılacaq.

Xarici ölkələrdən gətirilən dekoderlərin mağazalarda fərqli qiymətlərlə satıldığını önə çəkən N.Məhərrəmli dekoderlərin Azərbaycanda istehsal edilməsi ilə də bağlı müraciətlərin  edildiyini bildirib. Onun sözlərinə görə, Mingəçevirdəki "Kür" zavodu və Bakıda Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodlarına lazımi maliyyə vəsaiti ayrılarsa, dekoderlərin istehsalı daha ucuz başa gələr: «Bu müəssisələr də investisiya gözləyirlər".

SEYMUR




Baxış sayı: 1264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024