12px13px15px17px
Tarix:05/06/12

“Nar Mobile” “Caspian Oil and Gas” sərgisinin kommunikasiya tərəfdaşı oldu

“Nar Mobile” növbəti beynəlxalq tədbirə  dəstək verir.  Şirkət 5-8 iyun tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək Xəzəryanı regionun neft sektorunda ən böyük tədbir sayılan Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası “Caspian Oil & Gas” sərgisinin kommunikasiya tərəfdaşıdır.

Sərgidə ən müxtəlif sahələrdə - yataqların istismara hazırlanması və işlənilməsi, aparıcı dünya istehsalçılarından qazma avadanlıqları və texnikanın təchizi, habelə neft və qazın nəqli, saxlanması və emalı sahələrində və bir sıra digər sahələrdə fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edəcək.

“Nar Mobile”-ın beynəlxalq tədbirlərə, sərgilərə öz dəstəyini göstərməsi artıq bir ənənə halını alıb. Hər il şirkət müxtəlif sahələrdə sərgilərə dəstək olur. Bu günlərdə isə Xəzəryanı regionun mühüm tədbirlərindən olan “Caspian Oil & Gas” sərgisinə öz dəstəyini göstərir. Azərbaycan neft və qaz ölkəsidir.

“Nar Mobile” hər zaman ölkəmizin bu sahə üzrə tanıdılmasında, qeyd olunan sektorun inkişafına öz dəstəyini verir. Təsadüfi deyil ki, şirkət ölkədə keçirilən neft və qaz sahəsində bir çox tədbirlərin kommunikasiya tərəfdaşıdır” – deyə “Azerfon” telekommunikasiya şirkətinin baş direktoru Yurgen Pitz bildirib.

Qeyd edək ki, sərgidə dünyanın 30 ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Həmçinin Böyük Britaniya, Almaniya, Çin və Rusiyanın milli qrupları iştirak edəcək.

RƏVAN



Baxış sayı: 1688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024