12px13px15px17px
Tarix:05/06/12

Tikinti məqsədləri üçün inert materiallarının götürülməsinə icazənin alınması qismən avtomatlaşdırılıb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı (AMST) Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən su təsərrüfatı obyektlərində və onların mühafizə zonalarında yaradılan obyektlərin fəaliyyətinə icazənin verilməsi üzrə elektron xidmət qismən avtomatlaşdırılıb. "İCTnews" elektron xəbər xidmətinə ASC-dən məlumat verilib.

Qurumdan qeyd edilib ki, bu xidmət şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su təsərrüfatı obyektlərinin mülkiyyət formasından asılı olmayaraq, fiziki və hüquqi şəxslər tərəfindən tikinti məqsədləri üçün inert materiallarının (qum, çınqıl, çay daşları və s.) götürülməsinə icazənin alınması ilə bağlı ətraflı məlumatın verilməsini əhatə edir.

Elektron xidməti göstərən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, xidmətin digər icraçıları Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, eləcə də Rayon İcra Hakimiyyətidir.

Xidmətin icra müddətinə gəlincə, bu, "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi haqqında Qaydalar"a müvafiq olaraq tənzimlənir. Belə ki, təqdim olunmuş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda müraciət qeydə alındığı gündən başlayaraq, 15 gündən gec olmamaqla, icazə verilməsi haqqında qərar qəbul edilir.
 
HƏQİQƏT




Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024