12px13px15px17px
Tarix:11/07/11

“Wordpress” əsasında olan saytların sayı 50 milyonu ötüb

“Wordpress” sistemi əsasında yaradılmış saytların sayı 50 milyonu ötüb. Həmin saytların təxminən yarısı “Wordpress”in öz hostinqində, digərləri isə bütün dünya üzrə olan serverlərdə yerləşdirilib. Bu barədə “The Next Web” saytı məlumat yayıb. “Wordpress” əsasında olan saytların ümumi sayı son 6 ay ərzində kəskin artıb:
Müqayisə üçün bildirək ki, 2010-cu ilin dekabr ayında onların sayı 30 milyondan bir az çox təşkil edirdi.
Hal-hazırda “Wordpress” bloqların yaradılması üçün ən məşhur baza sistemidir. Bütövlükdə bu sistem əsasında dünyadakı bütün saytların 14%-i yaradılıb. Hər ay onlara 287 milyon istifadəçi baxır və baxışların ümumi sayı 2,5 milyardı ötür.



Baxış sayı: 947

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024