12px13px15px17px
Tarix:05/06/12

“USB” daşıyıcı bazarının lideri məlum olub

"Gartner" analitik şirkətinin məlumatına əsasən, 2011-ci ilin nəticəsinə görə "Kingston Technology" şirkəti "USB" bazarında liderliyini saxlayıb. Amerika şirkətinin bazar payı təxminən 30 faiz  təşkil edib.

Müqayisə üçün, "Kingston Technology" şirkətinin ən yaxın izləyicisi olan "SanDisk" şirkətinin payı 21,7 faizə bərabərdir.

"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Kingston" şirkətinin fləş-kart seqmentində vəziyyəti heç də ürəkaçan deyil.

O, "Gartner" şirkətinin tərtib etdiyi reytinqdə 5,5 faiz bazar payı ilə beşinci yerdə qərarlaşıb. Fləş-kart seqmentinin liderləri aşağıdakı şirkətlərdir:






  • "SanDisk";
  • "Samsung Electronics";
  • "Toshiba".
 
EMİL




Baxış sayı: 1282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024