Tarix:06/06/12
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.
Komissiyadan bildiriblər ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.3. maddəsinə əsasən, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər: “Xidmətin icrası nəticəsində vətəndaşlar müsabiqənin test imtahanı mərhələsində iştirak etmək imkanı qazanırlar.
On altı yaşına çatmış, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları dövlət qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar”.
Elektron xidmət “http://eXidmet.csc.gov.az/Reqlament1.aspx” internet ünvanında təqdim olunur: “Müsabiqədə iştirak etmək istəyən vətəndaş elektron formada sənədi doldurduqdan sonra onun elektron ünvanına təsdiq məktubu göndərilir. Təsdiq məktubunda linki vurduqdan sonra elektron qeydiyyat formasına daxil olub formada olan məlumatların doldurulması tələb olunur.
Namizəd elektron imzadan istifadə etdikdə də elektron qeydiyyat formasına daxil olub formada olan məlumatları doldurmalıdır. Elektron formanı dolduran vətəndaş öz məlumatlarını təsdiq etdikdən sonra namizəd kimi qeydiyyata alınır”.
Əgər hər hansı bir məlumat formata uyğun deyilsə və ya qeyri-real məlumat daxil edilibsə, istifadəçiyə imtinanın səbəbi barədə məlumat verilir.
Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru həyata keçirir.
CAHANGİR
Dövlət qulluğuna qəbul üçün sənəd verən namizədlər elektron qaydada qeydiyyatdan keçə bilərlər
Dövlət qulluğuna qəbul üzrə qeydiyyat elektron qaydada həyata keçirilir. Bu xidmət inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün sənəd verən namizədlərin qeydiyyatını əhatə edir. İnteraktiv növlü elektron xidmət ödənişsizdir və qismən avtomatlaşdırılıb.Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.
Komissiyadan bildiriblər ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.3. maddəsinə əsasən, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər: “Xidmətin icrası nəticəsində vətəndaşlar müsabiqənin test imtahanı mərhələsində iştirak etmək imkanı qazanırlar.
On altı yaşına çatmış, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları dövlət qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar”.
Elektron xidmət “http://eXidmet.csc.gov.az/Reqlament1.aspx” internet ünvanında təqdim olunur: “Müsabiqədə iştirak etmək istəyən vətəndaş elektron formada sənədi doldurduqdan sonra onun elektron ünvanına təsdiq məktubu göndərilir. Təsdiq məktubunda linki vurduqdan sonra elektron qeydiyyat formasına daxil olub formada olan məlumatların doldurulması tələb olunur.
Namizəd elektron imzadan istifadə etdikdə də elektron qeydiyyat formasına daxil olub formada olan məlumatları doldurmalıdır. Elektron formanı dolduran vətəndaş öz məlumatlarını təsdiq etdikdən sonra namizəd kimi qeydiyyata alınır”.
Əgər hər hansı bir məlumat formata uyğun deyilsə və ya qeyri-real məlumat daxil edilibsə, istifadəçiyə imtinanın səbəbi barədə məlumat verilir.
Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru həyata keçirir.
CAHANGİR
Baxış sayı: 2379
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır