12px13px15px17px
Tarix:07/06/12

İnformasiya texnologiyaları, nanotexnologiya xaricdə təhsilin prioritet istiqamətlərinə daxil edilib

İnformasiya texnologiyaları, nanotexnologiya, mühəndislik, neft sənayesi, fizika ixtisasları 2012/2013-cü tədris ili üzrə xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə prioritet istiqamətlərə daxil edilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən təhsil üzrə digər prioritet ixtisas istiqamətlərinə biologiya, kənd təsərrüfatı, kimya, qədim dillər, riyaziyyat, tibb, turizm və iqtisadiyyat daxildir. "İCTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, sözügedən ixtisaslara qəbulla bağlı Təhsil Nazirliyi tərəfindən elan olunan müsabiqə hazırda davam edir. Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları"na və Prezident yanında Təhsil üzrə Komissiyanın sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan vətəndaşlarımız iştirak edə bilərlər. Müsabiqədə bakalavr dərəcəsi üzrə təhsil almaq, eləcə də magistratura, ordinatura, aspirantura, fəlsəfə doktoru (PhD), elmlər doktoranturu, rezidentura  və s. üzrə təhsil almaq üçün quruma müvafiq sənədlər təqdim olunmalıdır: "Bütün iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa uyğun olmalıdır.

 Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb-saytlarında (http://www.edu.gov.az/, http://xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir". Nazirlikdən bildirilib ki, müraciət üçün son müddət avqustun 20-də tamamlanır.
 
HƏQİQƏT



Baxış sayı: 2660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024