12px13px15px17px
Tarix:07/06/12

“Google”-un xəritələri üçölçülü olacaq

“Google” şirkəti iyunun 6-da “3D” formatında şəhərlərin xəritələrinin yaradılması üzrə yeni layihənin işə salındığını elan edib. ABŞ-ın bir neçə yaşayış məntəqəsinin üçölçülü xəritələri cari ilin dördüncü rübündə təqdim ediləcək və “Google Earth” servisinə əlavə olunacaq.

Şirkət yeni formatın imkanlarını mətbuat konfransının keçirildiyi San-Fransisko şəhərinin timsalında göstərib. İstifadəçi təyyarədən edilən çəkilişləri seyr edən zaman onda hava ilə şəhər üzərində uçması təəssüratı yaranacaq. Bina, abidə və hətta küçələrdəki ağaclar lentə alınacaq və istifadəçilər bütün obyektlərə dörd tərəfdən baxa biləcəklər.

İlin sonuna “Google” ümumi əhalisi 300 milyon nəfər təşkil edən bir neçə şəhərin ətraflı çəkilişlərini əldə etməyə ümid edir.

Bundan başqa, “Google” internetə qoşulmadan “Android” əməliyyat sistemi üçün “Google Maps” əlavəsində xəritələrə baxmaq imkanının olduğunu da açıqlayıb. Bunun üçün istifadəçi əvvəlcədən xəritənin lazımi hissəsini seçməli və məlumatları smartfon və ya planşet kompyuterin yaddaşına yükləməlidir.




Baxış sayı: 945

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024