12px13px15px17px
Tarix:08/06/12

Yeni informasiya portalı yaradılıb

Azərbaycanın xəbər portallarının sırasına daha biri əlavə olunub. “www.avropa.info” adlı sayt bu gündən etibarən internet istifadəçilərinin ixtiyarına verilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, saytda gündəlik operativ xəbərlər, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr və regionda gedən proseslər barədə informasiyalar, jurnalist araşdırmaları, analitik məqalələr yer alacaq.

Bundan başqa, müxtəlif yeni layihələr, maraqlı rubrikalar da təqdim ediləcək. Saytdan bildirilib ki, portal informasiya məkanında öz yolu ilə  digərlərindən seçiləcək. “Çalışacağıq ki, saytımız internet məkanında obyektiv informasiya daşıyıcısı kimi bəlli ünvana çevrilsin”.







SEYMUR




Baxış sayı: 1349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024