12px13px15px17px
Tarix:08/06/12

“NETTY” müsabiqəsinin virtual münsiflər heyətinin ekspert səsverməsinin müddəti uzadılıb

“NETTY” müsabiqəsi çərçivəsində səsvermə müddəti uzadılıb. Belə ki, Milli İnternet Mükafatının keçirilməsi çərçivəsində müsabiqənin virtual münsiflər heyətinin ekspert səsverməsi iyunun 11-dək davam edəcək, nəticələri üzrə isə mükafatın nominantları müəyyən olunacaq.

  “İCTnews” elektron xəbər xidməti müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki,  hər nominasiya üzrə Ekspert Şurası 3 nominantı, Virtual Jüri isə 1 nominantı seçəcək. Bütün nominantlar sırasında qalibləri “NETTY” Akademiyası müəyyən edəcək. Qaliblərin adları 21 iyunda mükafatlandırma mərasimində elan olunacaq. Mərasimdə bütün nominantar iştirak edirlər.

Xatırladaq ki, səsvermədə yalnız əvvəlcədən qeydiyyatdan keçən Virtual Jüri üzvləri və dəvət olunmuş Ekspert Şurasının üzvləri iştirak edə bilər. İyunun 11-dək “Sosial şəbəkə seçimi” və “Bakcell” ilə SMS səsvermənin qalibi” həvəsləndirici nominasiyalar üzrə səsvermələr davam edir.



CAHANGİR




Baxış sayı: 1400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024