Tarix:09/06/12
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri, Ukrayna Dövlət vergi xidmətinin sədri Aleksandr Klimenko qurumun ötən bir il ərzində fəaliyyəti haqda məlumat verib, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov isə ölkədə həyata keçirilən islahatlardan danışıb. S.Ələkbərov bildirib ki, hazırda özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi ötüb. 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 120 milyard dollardan, o cümlədən neft sektoruna 50 milyard dollardan artıq investisiya qoyulub.
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərə də toxunan S.Ələkbərov kosmik sənayenin qurulması, e-hökumətin tətbiqi sahəsində əldə olunan uğurlar barədə də məlumat verərək qeyd edib ki, növbəti 10 ildə hökumət qarşısında qoyulmuş başlıca vəzifə son 8 ildə 3 dəfə artmış ümumi daxili məhsulun daha 2 dəfə artırılmasına nail olmaqdır.
HƏQİQƏT
MDB dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasında İKT sahəsində qazanılan uğurlardan danışılıb
Bakıda MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclası keçirilib. Koordinasiya Şurasının iclasında MDB iştirakçısı olan dövlətlərdən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna vergi xidmətlərinin, həmçinin müşahidəçi qismində Latviya, Litva və Koreya respublikalarının vergi orqanlarının rəhbər vəzifəli şəxsləri və MDB İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndələri iştirak ediblər.Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri, Ukrayna Dövlət vergi xidmətinin sədri Aleksandr Klimenko qurumun ötən bir il ərzində fəaliyyəti haqda məlumat verib, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov isə ölkədə həyata keçirilən islahatlardan danışıb. S.Ələkbərov bildirib ki, hazırda özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi ötüb. 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 120 milyard dollardan, o cümlədən neft sektoruna 50 milyard dollardan artıq investisiya qoyulub.
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərə də toxunan S.Ələkbərov kosmik sənayenin qurulması, e-hökumətin tətbiqi sahəsində əldə olunan uğurlar barədə də məlumat verərək qeyd edib ki, növbəti 10 ildə hökumət qarşısında qoyulmuş başlıca vəzifə son 8 ildə 3 dəfə artmış ümumi daxili məhsulun daha 2 dəfə artırılmasına nail olmaqdır.
HƏQİQƏT
Baxış sayı: 1199
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır