Tarix:11/06/12
“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Hindistanda biometrik məlumatlar bazasının yaradılması ilə bu milli layihənin rəhbəri, “Infosys” şirkətinin baş direktoru Nandan Nilekani fəal şəkildə məşğul olur. "Amerikanın “US-VISIT” proqramı hazırda 120 milyon istifadəçi haqqında məlumatı verib, lakin Hindistanda artıq 200 milyon vətəndaş haqqında məlumat toplanılıb" – Nilekani bildirib.
Onun sözlərinə görə, hindistanlıların 50 faizi 2014-cü ilədək unikal 12 rəqəmli eyniləşdirilmiş nömrələr əldə edəcək. Proqram tamamilə başa çatdıqda, o zaman məlumat anbarında 12 milyarddan çox əl izi, 2.4 milyard ədəd gözün qüzehli qişasının skan edilmiş şəkli və 1.2 milyard fotoşəkil olacaq.
Bu məlumat bazası ilə konkret proqram təminatı arasında sıx bağlantı olmayacaq. Məlumatlar istifadəçini internetə çıxış imkanına malik mobil telefon, smartfon, planşet və ya istənilən digər portativ qurğu vasitəsilə tez eyniləşdirmək üçün istifadə oluna bilər.
O zaman insanın şəxsiyyətini, demək olar ki, 100 faiz dəqiqliklə təyin etmək mümkün olacaq. Bu halda hər hansı səhv və qeyri-dəqiqliyin olması ehtimalı minimuma endirilmiş olacaq. Artıq hazırda hindistanlıların bir çoxu yaradılmaqda olan biometrik məlumat bazası vasitəsilə sosial təminat üzrə dövlət proqramları və digər maddi yardımlardan istifadə edirlər. Hindistanlılar öz eyniləşdirilmiş nömrələrindən istifadə etməklə, həmçinin "qlobal şəbəkə" vasitəsilə bank hesabı aça bilərlər.
EMİL
Hindistanda planetin ən böyük biometrik bazası yaradılır
Hindistan Respublikası vətəndaşlarının biometrik məlumat bazasının həcminə görə Amerikanın FTB-ni (Federal Təhlükəsizlik) ötəcək. Bu, respublikada yaşayan 1 milyarddan çox sakinin hər birinə unikal eyniləşdirilmiş nömrənin verilməsi üzrə dövlət proqramı bitdikdə baş verəcək.“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Hindistanda biometrik məlumatlar bazasının yaradılması ilə bu milli layihənin rəhbəri, “Infosys” şirkətinin baş direktoru Nandan Nilekani fəal şəkildə məşğul olur. "Amerikanın “US-VISIT” proqramı hazırda 120 milyon istifadəçi haqqında məlumatı verib, lakin Hindistanda artıq 200 milyon vətəndaş haqqında məlumat toplanılıb" – Nilekani bildirib.
Onun sözlərinə görə, hindistanlıların 50 faizi 2014-cü ilədək unikal 12 rəqəmli eyniləşdirilmiş nömrələr əldə edəcək. Proqram tamamilə başa çatdıqda, o zaman məlumat anbarında 12 milyarddan çox əl izi, 2.4 milyard ədəd gözün qüzehli qişasının skan edilmiş şəkli və 1.2 milyard fotoşəkil olacaq.
Bu məlumat bazası ilə konkret proqram təminatı arasında sıx bağlantı olmayacaq. Məlumatlar istifadəçini internetə çıxış imkanına malik mobil telefon, smartfon, planşet və ya istənilən digər portativ qurğu vasitəsilə tez eyniləşdirmək üçün istifadə oluna bilər.
O zaman insanın şəxsiyyətini, demək olar ki, 100 faiz dəqiqliklə təyin etmək mümkün olacaq. Bu halda hər hansı səhv və qeyri-dəqiqliyin olması ehtimalı minimuma endirilmiş olacaq. Artıq hazırda hindistanlıların bir çoxu yaradılmaqda olan biometrik məlumat bazası vasitəsilə sosial təminat üzrə dövlət proqramları və digər maddi yardımlardan istifadə edirlər. Hindistanlılar öz eyniləşdirilmiş nömrələrindən istifadə etməklə, həmçinin "qlobal şəbəkə" vasitəsilə bank hesabı aça bilərlər.
EMİL
Baxış sayı: 1458
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır