Tarix:12/07/11
Nəqliyyat Nazirliyi elektron tərəzilərin sayını çoxaldacaq
Azərbaycanda respublika əhəmiyyətli avtomobil yollarını ağırtonnajlı yük maşınlarının təsirlərindən qorumaq üçün elektron tərəzilərin çoxaldılması planlaşdırılır. Bu barədə İCTnews-ə Nəqliyyat Nazirliyindən məlumat verilib Məlumatda bildirilir ki, hazırda ölkənin müxtəlif yerlərində magistral yollarda belə elektron tərəzilər qurulub. Bakı-Qazax, Bakı-Rusiya sərhədi avtomobil yolunun da qurulan elektron tərəzilərin köməkliyi ilə yolların muhafizəsi istiqamətində qabaqlayıcı tədbirlər kimi reydlər təşkil edilərək yük avtomobilləri elektron tərəziyə qaldırılaraq yüklərin normaya uyğunlaşdırılması tədbirləri keçirilir.”Tərəzilər digər magistral yollarda müxtəlif hissələrdə olacaq. Burada məqsəd yolların qorunmasına nəzarəti həyata keçirməkdir», - deyə mənbə bildirib. Qeyd edək ki, hazırda respublika əhəmiyyətli yolların müxtəlif hissələrində nəqliyyat vasitələrinin hərəkətinə, yük normativlərinə əməl edib-etməməsinə nəzarət məqsədilə monitorinqlər aparılır.Baxış sayı: 1281
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır