Tarix:13/06/12
Bu tədbirlərin bir istiqaməti də hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatının təşkili sahəsində həyata keçirilir. Belə ki, sözügedən fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliyə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatı təkmil sertifikata malik gücləndirilmiş elektron imzadan istifadə etməklə, qeydiyyat orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə olunan sənədlər əsasında aparılacaq.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, beləliklə də istənilən Azərbaycan vətəndaşı elektron imza almaqla qeydiyyat orqanına gəlmədən Vergilər Nazirliyinin internet saytına daxil olaraq, onlayn rejimdə kommersiya hüquqi şəxsin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müraciət edə və real vaxt rejimində qeydiyyata alınaraq sənədlərini elektron şəkildə əldə edəcək.
Nazirlikdən qeyd edilib ki, hazırda kommersiya hüquqi şəxslərin ləğvetmə prosedurunun sadələşdirilməsi istiqamətində işlər aparılır: “Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyasının tövsiyələri nəzərə alınmaqla, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün Vergilər Nazirliyi tərəfindən təkliflər layihəsi hazırlanıb.
Layihədə ləğvetmə prosesinin başa çatması müddətinin dəqiqləşdirilməsi, kommersiya qurumlarının qeydiyyatdan çıxması üçün tələb olunan sənədlərin tam və dəqiq siyahısının müəyyən edilməsi, həmçinin kommersiya qurumlarının iştirakçılarının və kreditorların qanuni maraqlarının qorunması ilə bağlı məsələlər öz əksini tapıb”.
HƏQİQƏT
Elektron imzası olan hüquqi şəxslər real vaxt rejimində qeydiyyata alınaraq sənədlərini elektron şəkildə əldə edəcəklər
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmana əsasən, Vergilər Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.Bu tədbirlərin bir istiqaməti də hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatının təşkili sahəsində həyata keçirilir. Belə ki, sözügedən fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliyə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatı təkmil sertifikata malik gücləndirilmiş elektron imzadan istifadə etməklə, qeydiyyat orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə olunan sənədlər əsasında aparılacaq.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, beləliklə də istənilən Azərbaycan vətəndaşı elektron imza almaqla qeydiyyat orqanına gəlmədən Vergilər Nazirliyinin internet saytına daxil olaraq, onlayn rejimdə kommersiya hüquqi şəxsin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müraciət edə və real vaxt rejimində qeydiyyata alınaraq sənədlərini elektron şəkildə əldə edəcək.
Nazirlikdən qeyd edilib ki, hazırda kommersiya hüquqi şəxslərin ləğvetmə prosedurunun sadələşdirilməsi istiqamətində işlər aparılır: “Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyasının tövsiyələri nəzərə alınmaqla, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün Vergilər Nazirliyi tərəfindən təkliflər layihəsi hazırlanıb.
Layihədə ləğvetmə prosesinin başa çatması müddətinin dəqiqləşdirilməsi, kommersiya qurumlarının qeydiyyatdan çıxması üçün tələb olunan sənədlərin tam və dəqiq siyahısının müəyyən edilməsi, həmçinin kommersiya qurumlarının iştirakçılarının və kreditorların qanuni maraqlarının qorunması ilə bağlı məsələlər öz əksini tapıb”.
HƏQİQƏT
Baxış sayı: 1256
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır