12px13px15px17px
Tarix:14/06/12

“Skype” danışıq zamanı reklam elanları göstərəcək

“Skype” internet-telefoniya xidməti danışıq zamanı istifadəçilərə  reklam elanları göstərəcək. Bu barədə “Skype”-ın rəsmi bloqunda məlumat verilib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, reklam səs çağırışı zamanı danışıq pəncərəsində göstəriləcək. Reklamı yalnız “Skype” hesabında vəsait olmayan  “Windows” istifadəçiləri görəcəklər.

Reklam elanları rabitənin keyfiyyətinə təsir göstərməyəcək. O, səssiz olacaq və elanın çərçivəsi ölçüsünü dəyişdirə bilməyəcək. “Skype” reklamı 55 ölkədə satmağı planlaşdırır.

“Skype”-ın bloqunda dərc edilmiş ekran görüntülərinə əsasən, elanların alt hissəsində "Bağlamaq" düyməsi olacaq.

 
EMİL




Baxış sayı: 1324

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024