12px13px15px17px
Tarix:14/06/12

Tanınmış İT mütəxəssisi minilliyin mükafatına layiq görülüb

Linus Torvalds texnologiya sahəsi üzrə minilliyin mükafatına (Millennium Technology Prize 2012) layiq görülüb. O, mükafatı yapon alimi Sinya Yamanako ilə bölüşdürüb. Bu barədə mükafatı təqdim edən Finlandiyanın Texnologiya Akademiyasının saytında məlumat verilib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, Linus Torvalds bu mükafata “Linux” nüvəsini hazırladığına, Yamanako isə gövdə hüceyrələrinin əldə olunmasının yeni metodunun kəşfinə görə layiq görülüb. Yapon aliminin həlli xərçəng, diabet və Alsqeymer xəstəliyi ilə mübarizə aparmaqda istifadə edilə bilər.

Mükafat eyni zamanda iki insana təqdim olunacaq. Bu, ilk belə hadisədir. Mükafatın ölçüsü 1,2 milyon avro təşkil edir. Torvalds və Yamanako hər biri  600 min avro həcmində mükafat alacaqlar. Onu Finlandiya prezidenti təqdim edəcək.

Məlumat üçün qeyd edək ki, bu mükafata əvvəllər proqramçı Tim Berners-Li, biotexnoloq Robert Lanqer və fizik Mixail Qretçel layiq görülüblər.
 
EMİL




Baxış sayı: 1234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024