Tarix:14/06/12
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji partnyor qismində çıxış etdiyi tədbir 2003-cü ildən etibarən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirilən və “İDC İT Security and Datacenters Transformation Roadshow” adlanan konfranslar silsiləsinə daxildir.
Konfrans Bakı şəhərində ilk dəfə keçirilir. Əsas məqsəd problemlərin həlli üçün müasir metodların müəyyən olunması, müəssisələrin İT infrastrukturlarının effektivliyinin yüksəldilməsi, müasir bazar şəraitində İT təhlükəsizliyinin təmin olunması və iş proseslərinin fasiləsizliyinin təmin olunmasıdır.
“İDC İT Security and Datacenters Transformation Roadsho” konfrans iştirakçılar üçün unikal bir meydançaya çevrilib. Bu konfrans çərçivəsində İT mütəxəssisləri həmkarları ilə geniş təcrübə mübadiləsi aparırlar.
Bakıda keçirilən konfransda 100-dən artıq yerli İT şirkətlərinin rəhbərləri və İT mütəxəssisləri iştirak edib. Konfrans çərçivəsində “EMC”, “Vision Solutions”, “HP”, “APC by Schneider Electric” kimi tədarükçü şirkətlər İT bazarında yeni tendensiyalar və müasir tələblərə cavab verən informasiya sistemlərinin qurulması sahəsində əldə etdikləri təcrübəni bölüşüblər.
“İDC Central Asia and Azerbaijan”ın rəhbəri Andrey Beklemişev konfransı açaraq yüksək sürətlə inkişaf edən İT bazarında bəzi problemlərin də mövcudluğunu qeyd edib. “Hazırda İT sənayesi çox maraqlı inkişaf fazasına daxil olur. Biznes tərəfindən infrastruktura dair irəli sürülən tələblər İT büdcədən daha tez artır.
Müasir tendensiyaları təhlil edərkən belə bir təəssürat yarana bilər ki, yaxın gələcəkdə yalnız bir sual qalacaq – verilənləri harada saxlamaq lazımdır: şəxsi, ümumi və ya hibrid “bulud”da? Öz resurslarının artmasına ehtiyac görməyən, uyğunluq və personalın saxlanması ilə bağlı xərclər haqqında düşünməyən biznesmen özünü daha sərbəst hiss edə bilər. Lakin sifarişçilər öz vəsaitlərini hansı Verilənlərin Emalı Mərkəzinə (VEM) yerləşdirmək haqqında fikirləşməlidirlər.
Bu məsələdə etibarlıq, təhlükəsizlik, uyğunluq və tarifləşmə ilə bağlı problemlər aktual olaraq qalır. Bir tərəfdən təhlükələrin mürəkkəbliyinin dayanmadan artması və digər tərəfdən isə biznesin müxtəlif məlumat resurslarına qoşulma ehtiyacı şirkətlər üçün çoxlu suallar yaradır”.
“İDC”-nin baş vitse-prezidenti Stiven Fransen qeyd edir ki, bu gün yeni İT mühitin yaranması müşahidə edilir. Bu İT mühitin əsas elementləri mobillik, “bulud” hesablanmaları, sosial şəbəkələr və iri verilənlərin analitikasıdır. Bu yeni mühitin qorunması bütün dünyada İT mütəxəssisləri üçün ən böyük problem təşkil edəçək.
Şirkətlərin İT xidmətlərini müxtəlif “qeyri-korporativ” mobil cihazlarına qoşmaq lazım olacaq. İT xidmətlər kənar şirkətlərə məxsus olan və sayı daimi artan verilənləri təhlil etmək məcburiyyəti qarşısında qalacaq. Eyni zamanda, onlar minlərlə digər şirkət tərəfindən istifadə olunan və tədarükçülər tərəfindən idarə olunan sayı daimi artan “bulud” xidmətlərindən istifadə etməli olacaqlar.
Qeyd edək ki, “İDC” informasiya texnologiyaları, telekommunikasiya və istehlak bazarlarında informasiyanın və konsultasiya xidmətlərinin aparıcı tədarükçüsü və müxtəlif tədbirlərin təşkilatçısıdır. “İDC” İT mütəxəssislərinə, rəhbərlərə və investorlara texnikanın alınmasına və biznes-strategiyasının seçilməsinə dair əsaslandırılmış qərarları qəbul etməyə kömək edir.
“İDC”-nin 1000-dən çox analitiki 110 ölkədə dünya, regional və yerli səviyyədə bu sahəyə məxsus olan texnologiyaları, tendensiyaları və imkanları öyrənirlər. “İDC”-nin bilikləri artıq 45 ildir ki şirkətin müştərilərinə vacib məsələlərin həllində kömək göstərirlər. “İDC” İT sahəsində nəşr, tətqiqat və xüsusi tədbirlərin keçirilməsi üzrə dünya bazarının lideri olan “İDG” şirkətinin filialıdır. Şirkət haqqında daha ətraflı məlumat “www.idc.com” saytında yerləşdirilib. Qeyd olunan şirkətlərin adları ticarət markaları və ya müvafiq sahibkarlar tərəfindən qeyd olunmuş ticarət markaları ola bilərlər.
Bakıda “İDC”-nin təşkilatçılığı ilə tədbir keçirilib
Bu gün “JW Marriott Absheron Baku” otelində informasiya təhlükəsizliyi və verilənlərin saxlanması üçün istifadə olunan müasir texnologiyalarla bağlı problemlərin həllinə həsr olunmuş “İDC İT Security and Datacenters Transformation Roadshow 2012” adlanan illik beynəlxalq konfrans keçirilib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji partnyor qismində çıxış etdiyi tədbir 2003-cü ildən etibarən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirilən və “İDC İT Security and Datacenters Transformation Roadshow” adlanan konfranslar silsiləsinə daxildir.
Konfrans Bakı şəhərində ilk dəfə keçirilir. Əsas məqsəd problemlərin həlli üçün müasir metodların müəyyən olunması, müəssisələrin İT infrastrukturlarının effektivliyinin yüksəldilməsi, müasir bazar şəraitində İT təhlükəsizliyinin təmin olunması və iş proseslərinin fasiləsizliyinin təmin olunmasıdır.
“İDC İT Security and Datacenters Transformation Roadsho” konfrans iştirakçılar üçün unikal bir meydançaya çevrilib. Bu konfrans çərçivəsində İT mütəxəssisləri həmkarları ilə geniş təcrübə mübadiləsi aparırlar.
Bakıda keçirilən konfransda 100-dən artıq yerli İT şirkətlərinin rəhbərləri və İT mütəxəssisləri iştirak edib. Konfrans çərçivəsində “EMC”, “Vision Solutions”, “HP”, “APC by Schneider Electric” kimi tədarükçü şirkətlər İT bazarında yeni tendensiyalar və müasir tələblərə cavab verən informasiya sistemlərinin qurulması sahəsində əldə etdikləri təcrübəni bölüşüblər.
“İDC Central Asia and Azerbaijan”ın rəhbəri Andrey Beklemişev konfransı açaraq yüksək sürətlə inkişaf edən İT bazarında bəzi problemlərin də mövcudluğunu qeyd edib. “Hazırda İT sənayesi çox maraqlı inkişaf fazasına daxil olur. Biznes tərəfindən infrastruktura dair irəli sürülən tələblər İT büdcədən daha tez artır.
Müasir tendensiyaları təhlil edərkən belə bir təəssürat yarana bilər ki, yaxın gələcəkdə yalnız bir sual qalacaq – verilənləri harada saxlamaq lazımdır: şəxsi, ümumi və ya hibrid “bulud”da? Öz resurslarının artmasına ehtiyac görməyən, uyğunluq və personalın saxlanması ilə bağlı xərclər haqqında düşünməyən biznesmen özünü daha sərbəst hiss edə bilər. Lakin sifarişçilər öz vəsaitlərini hansı Verilənlərin Emalı Mərkəzinə (VEM) yerləşdirmək haqqında fikirləşməlidirlər.
Bu məsələdə etibarlıq, təhlükəsizlik, uyğunluq və tarifləşmə ilə bağlı problemlər aktual olaraq qalır. Bir tərəfdən təhlükələrin mürəkkəbliyinin dayanmadan artması və digər tərəfdən isə biznesin müxtəlif məlumat resurslarına qoşulma ehtiyacı şirkətlər üçün çoxlu suallar yaradır”.
“İDC”-nin baş vitse-prezidenti Stiven Fransen qeyd edir ki, bu gün yeni İT mühitin yaranması müşahidə edilir. Bu İT mühitin əsas elementləri mobillik, “bulud” hesablanmaları, sosial şəbəkələr və iri verilənlərin analitikasıdır. Bu yeni mühitin qorunması bütün dünyada İT mütəxəssisləri üçün ən böyük problem təşkil edəçək.
Şirkətlərin İT xidmətlərini müxtəlif “qeyri-korporativ” mobil cihazlarına qoşmaq lazım olacaq. İT xidmətlər kənar şirkətlərə məxsus olan və sayı daimi artan verilənləri təhlil etmək məcburiyyəti qarşısında qalacaq. Eyni zamanda, onlar minlərlə digər şirkət tərəfindən istifadə olunan və tədarükçülər tərəfindən idarə olunan sayı daimi artan “bulud” xidmətlərindən istifadə etməli olacaqlar.
Qeyd edək ki, “İDC” informasiya texnologiyaları, telekommunikasiya və istehlak bazarlarında informasiyanın və konsultasiya xidmətlərinin aparıcı tədarükçüsü və müxtəlif tədbirlərin təşkilatçısıdır. “İDC” İT mütəxəssislərinə, rəhbərlərə və investorlara texnikanın alınmasına və biznes-strategiyasının seçilməsinə dair əsaslandırılmış qərarları qəbul etməyə kömək edir.
“İDC”-nin 1000-dən çox analitiki 110 ölkədə dünya, regional və yerli səviyyədə bu sahəyə məxsus olan texnologiyaları, tendensiyaları və imkanları öyrənirlər. “İDC”-nin bilikləri artıq 45 ildir ki şirkətin müştərilərinə vacib məsələlərin həllində kömək göstərirlər. “İDC” İT sahəsində nəşr, tətqiqat və xüsusi tədbirlərin keçirilməsi üzrə dünya bazarının lideri olan “İDG” şirkətinin filialıdır. Şirkət haqqında daha ətraflı məlumat “www.idc.com” saytında yerləşdirilib. Qeyd olunan şirkətlərin adları ticarət markaları və ya müvafiq sahibkarlar tərəfindən qeyd olunmuş ticarət markaları ola bilərlər.
Baxış sayı: 1686
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı