Tarix:14/06/12
Şöbədən bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyin “142 - qaynar xətt”i vasitəsilə müraciət edən vətəndaşları, həmçinin nazirlikdə yaradılmış VC (videokonfrans) sistemi vasitəsilə müxtəlif bölgələrin sakinlərini qəbul edib.
Vətəndaşların müraciətləri araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunma, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatsız olduqları müəyyən edilib və onlara hüquqi izahatlar verilib, həmçinin ayrı-ayrı vətəndaşlar zəruri sənədləri toplayaraq təqdim edə bilmədiklərinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların şikayət xarakterli müraciətlər etdiyi məlum olub.
Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda bəzən vətəndaşa lazımi şəkildə izahat verilməməsinin vətəndaşların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib.
F.Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi, “142 - qaynar xətt”lə bağlı əhali arasında məlumatlandırma işlərinin gücləndirilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib.
Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, «Özünədəstək»proqramına, eləcə də cari ildə işə salınacaq sosial kreditləşmə proqramına cəlb edilmələri qərara alınıb.
Ümumiyyətlə, 2011-ci il və cari ilin ötən dövrü ərzində əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə 800 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb. Həmin müraciətlərin böyük qisminin daha çox sorğu xarakterli olduğu məlum olub. Həyata keçirilən belə tədbirlər nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının azalması ilə nəticələnir.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində nazirliyə “142 - qaynar xətt” vasitəsilə 1799, elektron xidmətlər vasitəsilə 955 müraciət daxil olub. Həmin müraciətlərlə bağlı məqsədyönlü tədbirlər görülüb.
Həqiqət İSABALAYEVA
ƏƏSMN-də müraciətlər videokonfrans sistemi vasitəsilə araşdırılıb
Əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin onların şəxsən iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər elektron imkanlardan da istifadə olunmaqla davam etdirilir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Şöbədən bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyin “142 - qaynar xətt”i vasitəsilə müraciət edən vətəndaşları, həmçinin nazirlikdə yaradılmış VC (videokonfrans) sistemi vasitəsilə müxtəlif bölgələrin sakinlərini qəbul edib.
Vətəndaşların müraciətləri araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunma, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatsız olduqları müəyyən edilib və onlara hüquqi izahatlar verilib, həmçinin ayrı-ayrı vətəndaşlar zəruri sənədləri toplayaraq təqdim edə bilmədiklərinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların şikayət xarakterli müraciətlər etdiyi məlum olub.
Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda bəzən vətəndaşa lazımi şəkildə izahat verilməməsinin vətəndaşların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib.
F.Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi, “142 - qaynar xətt”lə bağlı əhali arasında məlumatlandırma işlərinin gücləndirilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib.
Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, «Özünədəstək»proqramına, eləcə də cari ildə işə salınacaq sosial kreditləşmə proqramına cəlb edilmələri qərara alınıb.
Ümumiyyətlə, 2011-ci il və cari ilin ötən dövrü ərzində əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə 800 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb. Həmin müraciətlərin böyük qisminin daha çox sorğu xarakterli olduğu məlum olub. Həyata keçirilən belə tədbirlər nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının azalması ilə nəticələnir.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində nazirliyə “142 - qaynar xətt” vasitəsilə 1799, elektron xidmətlər vasitəsilə 955 müraciət daxil olub. Həmin müraciətlərlə bağlı məqsədyönlü tədbirlər görülüb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 950
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır