12px13px15px17px
Tarix:14/06/12

“Azərsu” ASC-də yeni texnologiyalar barədə treninqlər keçir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqların, iş təcrübəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə müxtəlif fəaliyyət sahələri üzrə təşkil olunan təlimlərdə yerli və xarici mütəxəssislər tərəfindən idarəetmə sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə bağlı su təsərrüfatı işçiləri üçün mütəmadi olaraq treninqlər təşkil olunur.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu gün “Azərsu” ASC-nin Tikinti Departamenti və Layihə İdarəetmə Qrupu, eləcə də Səhmdar Cəmiyyətin sifarişi ilə həyata keçirilən beynəlxalq layihələrdə çalışan mütəxəssislər üçün treninq keçirilib. 

“İçməli su və çirkab su sistemlərinin tikinti üsulları və tətbiqi texnologiyaları” mövzusunda təşkil olunan təlimdə içməli və çirkab su xətlərinin tikintisi, dolğu və möhkəmləndirmə, qaynaq əməliyyatları, sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri ətraflı izah olunmuş, yeni texnologiyalar barədə məlumat verilib. Təlimdə içməli, çirkab və yağış sularının axıdılması üçün şəbəkələrin yaradılması, boruların seçilməsi meyarları, eləcə də  istifadə olunan avadanlıqlar barədə ətraflı məlumat verilib.
 
RƏVAN




Baxış sayı: 824

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024