Tarix:14/06/12
Görüşdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində görülən işlər barəsində məlumat verib. O bildirib ki, qısa zaman kəsiyində ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb: «Ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda rabitə sistemi yenidən qurulub. Ölkə ərazisində yeni texnologiyaların tətbiqi üçün ardıcıl və məqsədyönlü işlər görülür.
2009-cu ildən Azərbaycanda "3G" texnologiyası tətbiq olunur, "4G" texnologiyasının tətbiqi istiqamətində həyata keçirilən işlər daha da sürətləndirilib".
Öz növbəsində Seyid Zabiullah Savayzın bildirib ki, Əfqanıstan Azərbaycanın İKT sektorunda əldə etdiyi uğurlu təcrübədən faydalanmaq niyyətindədir. "Əfqanıstan hökuməti məmurların kompyuter biliklərinin artırılması üçün Azərbaycanla əməkdaşlq etməyə maraqlıdı".
İltimas Məmmədov Azərbaycanın əfqan kadrlarının hazırlanmasında yardımçı ola biləcəyini bildirib: «Kadrların hazırlanmasında uzunmüddətli və qısamüddətli kursların keçirilməsini təşkil edə bilərik. Bundan başqa, Azərbaycan şirkətləri proqram məhsulları ilə, eləcə də ölkədə istehsal olunan kompyuter avadanlıqları ilə Əfqanıstana kömək edə bilər».
Sonda Seyid Zabiullah Savayz Azərbaycanın sektor üzrə böyük nailiyyətlər əldə etdiyini bildirərək təklifləri ümumiləşdirib, Əfqanıstan hökumətinə təqdim edəcəyini söyləyib.
SEYMUR
Əfqanıstan Azərbaycanın İKT sektorundakı təcrübəsindən faydalanmaq niyyətindədir
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Əfqanıstanın İnzibati İslahatlar Katibliyinin baş direktoru Seyid Zabiullah Savayzın başçılıq etdiyi əfqan nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində görülən işlər barəsində məlumat verib. O bildirib ki, qısa zaman kəsiyində ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb: «Ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda rabitə sistemi yenidən qurulub. Ölkə ərazisində yeni texnologiyaların tətbiqi üçün ardıcıl və məqsədyönlü işlər görülür.
2009-cu ildən Azərbaycanda "3G" texnologiyası tətbiq olunur, "4G" texnologiyasının tətbiqi istiqamətində həyata keçirilən işlər daha da sürətləndirilib".
Öz növbəsində Seyid Zabiullah Savayzın bildirib ki, Əfqanıstan Azərbaycanın İKT sektorunda əldə etdiyi uğurlu təcrübədən faydalanmaq niyyətindədir. "Əfqanıstan hökuməti məmurların kompyuter biliklərinin artırılması üçün Azərbaycanla əməkdaşlq etməyə maraqlıdı".
İltimas Məmmədov Azərbaycanın əfqan kadrlarının hazırlanmasında yardımçı ola biləcəyini bildirib: «Kadrların hazırlanmasında uzunmüddətli və qısamüddətli kursların keçirilməsini təşkil edə bilərik. Bundan başqa, Azərbaycan şirkətləri proqram məhsulları ilə, eləcə də ölkədə istehsal olunan kompyuter avadanlıqları ilə Əfqanıstana kömək edə bilər».
Sonda Seyid Zabiullah Savayz Azərbaycanın sektor üzrə böyük nailiyyətlər əldə etdiyini bildirərək təklifləri ümumiləşdirib, Əfqanıstan hökumətinə təqdim edəcəyini söyləyib.
SEYMUR
Baxış sayı: 1565
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı