12px13px15px17px
Tarix:12/07/11

Qəbələdə TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş, ölkəmizin və region ölkələrinin gələcək inkişafına xidmət edə biləcək “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi barədə 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında xüsusi qətnamə qəbul edilmişdir. Layihə müsair texnologiyalar əsasında qlobal İnternet magistrallarına çıxışı təmin etmək və Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil etmək, vətəndaşların informasiya texnologiyalarına və resurslarına çıxışını asanlaşdırmaq məqsədi güdür. BMT-nin Baş Assambleyasının A/RES/64/186 saylı 21 dekabr 2009-cu il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası layihənin reallaşdırılması üçün əlaqələndirici müəyyənləşdirilmişdir və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu istiqamətdə fəaliyyət aparılır.
Bu məqsədlə Layihə İdarəetmə Qrupu yaradılmışdır və layihənin reallaşdırılmasına maraq göstərən müxtəlif ölkələrin telekommunikasiya operatorları ilə görüşlər və ilkin müzakirələr keçirilib.
Layihənin idarə edilməsi, iştirakçı operatorlar arasında münasibətlərin tənzimlənməsi, maraqların uzlaşdırılması və beynəlxalq konsorsiumun yaradılması məsələlərinin müzakirəsini keçirmək məqsədilə Azərbaycan, Rusiya, Çin, Türkiyə və Qazaxıstanın aparıcı telekom operatorlarının iştirakı ilə ikigünlük beynəlxalq seminar-iclas keçirilir.
Qəbələ şəhərində keçirilən tədbirin birinci günü beynəlxalq ekspertlər tərəfindən hazırlanmış TASİM layihəsinin ümumi, texniki və hüquqi konsepsiyaları, eləcə də aparıcı operatorların nümayəndələri tərəfindən ölkələrindəki telekommunikasiya sektorunda mövcud vəziyyət, gələcək plan və layihələr haqqında məlumatın verilməsi nəzərdə tutulmuşdur. Tədbirin ikinci günü isə operatorlar arasında TASİM layihəsi üzrə baş qərargahı Bakı şəhərində olmaqla Daimi Katibliyin yaradılması və gələcək birgə fəaliyyətin təşkili üçün Anlaşma Memorandumunun hazırlanması üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Bu gün tədbirin açılış iclasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirakçıları salamlayaraq layihənin ümumi məqsədləri, gələcək perspektivləri barədə məlumat verib. Görüş iştirakçılarına səmərəli və layihənin reallaşdırılmasına yönəlmiş müzakirələrdə uğurlar arzulayıb.  



Baxış sayı: 1323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024