Tarix:16/06/12
Rayonda informasiya və kommunikasiya sahəsində böyük uğurlar əldə olunub. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində rayonda telefon şəbəkəsinin tamamilə elektronlaşdırılması ilə mərkəzlə kənd arasında rəqəmsal bərabərsizlik tamamilə aradan qaldırılıb. Mərkəzlə kənd arasında optik kabellərin qoyulması isə kəndlərdə də sakinlərin sürətli internetdən istifadəsinə şərait yaradıb.
Rayonun Seydimli kəndinin də birləşdirici xətti optikləşdirilib. Bundan əlavə, rayonun Qapanlı və Qaradağlı kəndlərində 128 nömrə tutumlu EATS və 3,6 kilometrlik optik xəttin tikintisi başa çatıb. Səhləbad kəndində tikilən 160 nömrə tutumlu EATS kənd sakinlərinin istifadəsinə verilib. Bununla da rayon üzrə hər 100 nəfərə düşən telefon aparatlarının sayı 6,3 nömrə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 25,8 nömrəyə çatıb.
Rayonda Ələsgərli, Bayandur, Sarıcalı, Düyərli və Yenikənd qəsəbəsi üçün nəzərdə tutulan elektron ATS avadanlığı Yenikənd qəsəbəsində quraşdırılıb, istifadəyə verilib. Həmin EATS-in birləşdirici xətti isə TAE kabel magistralına qoşulub.
Dəmirçilər və Təzəkənd kəndlərində 256 nömrə tutumu olan EATS qurulub. Birləşdirici və daxili xətt şəbəkəsinin tikintisinə başlanılıb. Borsunlu kəndində 32 nömrəlik mini-EATS 112 nömrə tutumlu EATS-lə əvəz olunub. Zos qəsəbəsində 48 nömrəlik mini-EATS qurulub. Bundan əlavə söylənən kəndin EATS-nin binası müasir üslubda təmir olunaraq ətrafında yaşıllaşdırma işləri həyata keçirilib.
Bala Kəngərli kəndində yeni EATS binasının tikintisi tamamlanıb. Qovşağın xidmət ərazisində genişzolaqlı internet xidməti göstərən internet provayderlərin sayı da artıb. Belə ki, "aztelekom.net" üzrə 31 abunəçi, "Data plus" üzrə 340 , "azedunet" üzrə 7, "azdatacom" üzrə 4 abunəçi genişzolaqlı internet xidmətlərindən istifadə edir.
"Azərpoçt" MMC-nin Tərtər Poçtamtı tərəfindən əhaliyə nümunəvi poçt xidməti göstərilməsi, onları maraqlandıran yeni xidmətlərin yaradılması, qarşıya qoyulan plan və tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir. Poçtamt tərəfindən aparılan gərgin və məqsədyönlü tədbirlərin nəticəsidir ki, davamlı olaraq tarif gəliri planı artıqlaması ilə yerinə yetirilir.
Qeyd edək ki, poçtamtın böyük nailiyyətlər əldə etməsi onun şəhər və kənd poçt şöbələrinin fəaliyyətindən asılıdır. Məhz rəhbərliyin ümumi koordinasiyası ilə onların işlərinin günün tələbləri səviyyəsində qurulması müsbət nəticələr qazanılmasına təsir edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Tərtər Poçtamtı tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Poçtamt tərəfindən bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq yeni poçt şöbələrinin tikilməsi, əhaliyə nümunəvi xidmətlərin göstərilməsi, poçt olmayan kəndlərdə yeni poçt şöbələrinin tikintisi, əhalisinin sayı 250 nəfərdən çox olan kəndlərdə poçt qutularının qurulması işləri təmin edilmişdir.
Rayonda poçt sahəsinin daha da inkişaf etməsi və bu sahədə olan nöqsanların aradan qaldırılması üçün daim tədbirlər həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son illərdə filialın inzibati binası və mərkəzi poçt şöbəsi əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilib.
Rayonun kəndlərində müasir üslubda yeni poçt şöbələri tikilərək istifadəyə verilib. Poçtamtın bütün poçt şöbələrində əhaliyə teleqram, poçt nişanı satışı, barat qəbulu, banderol və qiymətli məktub, bağlama qəbulu kimi ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmətlər də göstərilir. Poçtamt tərəfindən kommunal xidmət haqlarının yığılması və kommersiya xidmətlərinin həcmi getdikcə artırılır.
RƏVAN
Tərtərlilərin telefon və poçt rabitə xidmətlərinə tələbatı tam ödənilir
Tərtərin kəndlərində telefon və poçt rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Tərtər Telekommunikasiya Qovşağı rayon əhalisinə 3008 nömrə mərkəz və 4028 nömrə tutumu olan 20 kənd elektron ATS-ləri ilə rabitə xidməti göstərir. Bundan əlavə telefonlaşması mümkün olmayan kəndlərdə isə 44 nömrə tutumu olan 16 ədəd peyk avadanlığı ilə rabitə xidməti göstərir.Rayonda informasiya və kommunikasiya sahəsində böyük uğurlar əldə olunub. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində rayonda telefon şəbəkəsinin tamamilə elektronlaşdırılması ilə mərkəzlə kənd arasında rəqəmsal bərabərsizlik tamamilə aradan qaldırılıb. Mərkəzlə kənd arasında optik kabellərin qoyulması isə kəndlərdə də sakinlərin sürətli internetdən istifadəsinə şərait yaradıb.
Rayonun Seydimli kəndinin də birləşdirici xətti optikləşdirilib. Bundan əlavə, rayonun Qapanlı və Qaradağlı kəndlərində 128 nömrə tutumlu EATS və 3,6 kilometrlik optik xəttin tikintisi başa çatıb. Səhləbad kəndində tikilən 160 nömrə tutumlu EATS kənd sakinlərinin istifadəsinə verilib. Bununla da rayon üzrə hər 100 nəfərə düşən telefon aparatlarının sayı 6,3 nömrə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 25,8 nömrəyə çatıb.
Rayonda Ələsgərli, Bayandur, Sarıcalı, Düyərli və Yenikənd qəsəbəsi üçün nəzərdə tutulan elektron ATS avadanlığı Yenikənd qəsəbəsində quraşdırılıb, istifadəyə verilib. Həmin EATS-in birləşdirici xətti isə TAE kabel magistralına qoşulub.
Dəmirçilər və Təzəkənd kəndlərində 256 nömrə tutumu olan EATS qurulub. Birləşdirici və daxili xətt şəbəkəsinin tikintisinə başlanılıb. Borsunlu kəndində 32 nömrəlik mini-EATS 112 nömrə tutumlu EATS-lə əvəz olunub. Zos qəsəbəsində 48 nömrəlik mini-EATS qurulub. Bundan əlavə söylənən kəndin EATS-nin binası müasir üslubda təmir olunaraq ətrafında yaşıllaşdırma işləri həyata keçirilib.
Bala Kəngərli kəndində yeni EATS binasının tikintisi tamamlanıb. Qovşağın xidmət ərazisində genişzolaqlı internet xidməti göstərən internet provayderlərin sayı da artıb. Belə ki, "aztelekom.net" üzrə 31 abunəçi, "Data plus" üzrə 340 , "azedunet" üzrə 7, "azdatacom" üzrə 4 abunəçi genişzolaqlı internet xidmətlərindən istifadə edir.
"Azərpoçt" MMC-nin Tərtər Poçtamtı tərəfindən əhaliyə nümunəvi poçt xidməti göstərilməsi, onları maraqlandıran yeni xidmətlərin yaradılması, qarşıya qoyulan plan və tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir. Poçtamt tərəfindən aparılan gərgin və məqsədyönlü tədbirlərin nəticəsidir ki, davamlı olaraq tarif gəliri planı artıqlaması ilə yerinə yetirilir.
Qeyd edək ki, poçtamtın böyük nailiyyətlər əldə etməsi onun şəhər və kənd poçt şöbələrinin fəaliyyətindən asılıdır. Məhz rəhbərliyin ümumi koordinasiyası ilə onların işlərinin günün tələbləri səviyyəsində qurulması müsbət nəticələr qazanılmasına təsir edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Tərtər Poçtamtı tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Poçtamt tərəfindən bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq yeni poçt şöbələrinin tikilməsi, əhaliyə nümunəvi xidmətlərin göstərilməsi, poçt olmayan kəndlərdə yeni poçt şöbələrinin tikintisi, əhalisinin sayı 250 nəfərdən çox olan kəndlərdə poçt qutularının qurulması işləri təmin edilmişdir.
Rayonda poçt sahəsinin daha da inkişaf etməsi və bu sahədə olan nöqsanların aradan qaldırılması üçün daim tədbirlər həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son illərdə filialın inzibati binası və mərkəzi poçt şöbəsi əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilib.
Rayonun kəndlərində müasir üslubda yeni poçt şöbələri tikilərək istifadəyə verilib. Poçtamtın bütün poçt şöbələrində əhaliyə teleqram, poçt nişanı satışı, barat qəbulu, banderol və qiymətli məktub, bağlama qəbulu kimi ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmətlər də göstərilir. Poçtamt tərəfindən kommunal xidmət haqlarının yığılması və kommersiya xidmətlərinin həcmi getdikcə artırılır.
RƏVAN
Baxış sayı: 1621
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı