Tarix:16/06/12
“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sazişin qiyməti 200 milyon dollar təşkil edəcək və o, 2012-ci ilin dördüncü rübündə bağlanacaq. “Motorola Solutions” Britaniyanın “Psion” şirkətini mobil hesablama sistemləri bölməsi ilə birləşdirəcək.
Məlumat üçün bildirək ki, “Psion” şirkətinin əsası 1980-ci ildə qoyulub. Şirkət ilk illərdə “ZX Spectrum” kompyuteri üçün oyunlar hazırlamaqla məşğul olurdu. O, 1980-ci illərdə “Psion Organiser I” və “Organiser II” qurğularını təqdim edib və onlar cib kompyuterlərinin sələfləri idilər.
“Psion” şirkəti bundan sonra “Psion Series 3” və “Series 5” cib kompyuterini istehsal edib. “Series 5” cib kompyuteri “EPOC” əməliyyat sistemi əsasında işləyirdi. “Symbian” əməliyyat sistemi məhz “EPOC” əsasında yaradılıb.
“Psion” şirkəti ABŞ və Avropada "netbuk" (Netbook) ticarət markası üzərində hüquqa malikdir. Şirkət 2003-cü ildə “Netbook Pro” kompyuterini istehsal etməklə bu hüququ əldə edib.
Şirkətin qərargahı Londonda yerləşir, lakin əsas fəaliyyəti Kanada ərazisində aparılır.
EMİL
“Motorola Solutions” Britaniyanın “Psion” şirkətini satın alacaq
“Motorola Solutions” Britaniyanın “Psion” şirkətini satın almaq üzrə saziş imzalayıb. “Psion” şirkəti eyni adlı cib fərdi kompyuterinin istehsalçısıdır.“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sazişin qiyməti 200 milyon dollar təşkil edəcək və o, 2012-ci ilin dördüncü rübündə bağlanacaq. “Motorola Solutions” Britaniyanın “Psion” şirkətini mobil hesablama sistemləri bölməsi ilə birləşdirəcək.
Məlumat üçün bildirək ki, “Psion” şirkətinin əsası 1980-ci ildə qoyulub. Şirkət ilk illərdə “ZX Spectrum” kompyuteri üçün oyunlar hazırlamaqla məşğul olurdu. O, 1980-ci illərdə “Psion Organiser I” və “Organiser II” qurğularını təqdim edib və onlar cib kompyuterlərinin sələfləri idilər.
“Psion” şirkəti bundan sonra “Psion Series 3” və “Series 5” cib kompyuterini istehsal edib. “Series 5” cib kompyuteri “EPOC” əməliyyat sistemi əsasında işləyirdi. “Symbian” əməliyyat sistemi məhz “EPOC” əsasında yaradılıb.
“Psion” şirkəti ABŞ və Avropada "netbuk" (Netbook) ticarət markası üzərində hüquqa malikdir. Şirkət 2003-cü ildə “Netbook Pro” kompyuterini istehsal etməklə bu hüququ əldə edib.
Şirkətin qərargahı Londonda yerləşir, lakin əsas fəaliyyəti Kanada ərazisində aparılır.
EMİL
Baxış sayı: 1289
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır