12px13px15px17px
Tarix:16/06/12

Avstraliyanın internet-mağazası “İnternet Explorer 7” istifadəçilərindən vergi tutur

Avstraliyanın “Kogan” internet mağazası sayta “İnternet Explorer” brauzerinin yeddinci versiyası ilə daxil olan istifadəçilərdən əlavə vergi tutmağa başlayıb.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Kogan” internet-mağazası bu qərarı belə  izah edir ki, onlar “Microsoft”un köhnəlmiş brauzeri ilə uyğunluğun təmin edilməsinə əlavə vaxt və pul xərcləyir. İnternet-mağazanın təsisçisi və icraçı direktoru Ruslan Koqan qeyd edib ki, köhnə brauzerləri dəstəkləməkdən imtina edilsə, "milyonlarla dollar"a qənaət olunar.

“Kogan” internet-mağazasının saytında “IE7” istifadəçiləri üçün verginin həcmi 6,8 faiz təşkil edir.
İstifadəçilər “Kogan” internet-mağazasına “İnternet Explorer 7” brauzeri ilə daxil olduqda əlavə vergi haqqında xəbərdarlıq  görürlər. İstifadəçilərə, həmçinin “İE” brauzerinin yeni versiyasını və ya digər brauzeri  quraşdırmaqla əlavə xərclərdən yaxa qurtarmaq imkanı da təklif edilir.



 
EMİL




Baxış sayı: 1558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024