12px13px15px17px
Tarix:18/06/12

Top-menecerlər “Facebook”u tərk edirlər

“Facebook”un baş mühəndisi Bret Teylor 2012-ci ilin yayında şəxsi biznesini qurmaq üçün şirkəti tərk etmək barədə qərar qəbul edib.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, Teylor yeni şirkətini “Google”-un proqram təminatı üzrə mütəxəssisi Kevin Qribbslə birgə açmağı planlaşdırır.

Teylor “Facebook” səhifəsində getməsilə bağlı informasiyanı təsdiq edib. "Mən çox təəssüflənirəm, lakin dostum Kevin Qribbslə yeni şirkət yaratmağıma da çox sevinirəm" – vida müraciətində belə qeyd edib. O, həmçinin “Facebook”un direktoru Mark Zukerberqə  dostluq və müəllimliyinə görə təşəkkürünü bildirib.

Zukerberq də öz növbəsində bildirib ki, Teylorla birgə  komandada nail olduqları nəticədən razıdır.
Teylor əvvəlcə “Google” şirkətində çalışıb. O, “FriendFeed” məzmunla mübadilə xidmətini yaratmaq üçün 2007-ci ildə şirkəti tərk edib. 2009-cu ildə bu startap “Facebook” tərəfindən 50 milyon dollara satın alındı. Teylor məhz beləcə dünyanın ən böyük sosial şəbəkəsinin komandasına qoşulub.
 
EMİL




Baxış sayı: 1301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024