Tarix:19/06/12
Şirkətdən verilən məlumata görə, dünəndən etibarən isə “4G” modemləri də satışa çıxarılıb. "Azercell" abonentləri “4G” modemini Bakıdakı "Azercell Ekspress" ofisləri, həmçinin diler şəbəkələrindən əldə edə bilərlər.
“4G” modeminin qiyməti 149 manatdır. Biraylıq limitsiz internet paketinin qiyməti isə 45 AZN (ƏDV daxil) təşkil edir. Lakin "Azercell" abonentlərə ilk ay üçün limitsiz internet paketini pulsuz təqdim edir.
“4G” sürətli mobil internetə çıxış imkanı yaradan modern texnologiyadır.
Şəbəkənin köməyi ilə saniyədə 100 Mb sürətə çatmaq mümkündür. Hazırda “4G” texnologiyası dünyanın çox az ölkəsində tətbiq edilir. Bakıda “Azercell”-in “4G” şəbəkəsi Dənizkənarı Milli Park daxil olmaqla, şəhərin mərkəzi hissələrini, insanların daha çox toplaşdığı məkanları əhatə edir.
Bu ərazilərə "Kristal Zalı", Dənizkənarı Milli Park, "Elmlər Akademiyası" metrostansiyası, "Natavan Plaza", Nəsirəddin Tusi adına Pedaqoji Universitet, Azərbaycan Dövlət Dram Teatrı, "Kempinski" hoteli, Nəriman Nərimanov heykəlinin yerləşdiyi ərazi aiddir.İlin sonuna kimi "Azercell" şəbəkəni genişləndirmək, daha çox məkanı əhatə etməyi planlaşdırır.
Bakıda “4G” modemləri satışa çıxarıldı
Azərbaycanda ilk dəfə olaraq "Azercell Telekom" MMC ən son texnologiya sayılan “4G”-ni tətbiq etməyə başlayıb. Şirkət mayın 24-dən etibarən Bakıda “4G” şəbəkəsini istifadəyə verib.Şirkətdən verilən məlumata görə, dünəndən etibarən isə “4G” modemləri də satışa çıxarılıb. "Azercell" abonentləri “4G” modemini Bakıdakı "Azercell Ekspress" ofisləri, həmçinin diler şəbəkələrindən əldə edə bilərlər.
“4G” modeminin qiyməti 149 manatdır. Biraylıq limitsiz internet paketinin qiyməti isə 45 AZN (ƏDV daxil) təşkil edir. Lakin "Azercell" abonentlərə ilk ay üçün limitsiz internet paketini pulsuz təqdim edir.
“4G” sürətli mobil internetə çıxış imkanı yaradan modern texnologiyadır.
Şəbəkənin köməyi ilə saniyədə 100 Mb sürətə çatmaq mümkündür. Hazırda “4G” texnologiyası dünyanın çox az ölkəsində tətbiq edilir. Bakıda “Azercell”-in “4G” şəbəkəsi Dənizkənarı Milli Park daxil olmaqla, şəhərin mərkəzi hissələrini, insanların daha çox toplaşdığı məkanları əhatə edir.
Bu ərazilərə "Kristal Zalı", Dənizkənarı Milli Park, "Elmlər Akademiyası" metrostansiyası, "Natavan Plaza", Nəsirəddin Tusi adına Pedaqoji Universitet, Azərbaycan Dövlət Dram Teatrı, "Kempinski" hoteli, Nəriman Nərimanov heykəlinin yerləşdiyi ərazi aiddir.İlin sonuna kimi "Azercell" şəbəkəni genişləndirmək, daha çox məkanı əhatə etməyi planlaşdırır.
Baxış sayı: 1172
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır