12px13px15px17px
Tarix:13/07/11

“Google” kitab platformasının dəstəyi ilə ilk bukrider istifadəyə verib

İyul ayının ortalarında satışa “iRiver Story HD – Google eBooks” xidməti ilə birləşdirilmiş ilk bukrider (elektron kitabların oxunması üçün qurğu) daxil olacaq. Qurğu 1024x768 nöqtə kəskinlikli və 6 düym diaqonallı yüksəkziddiyyətli ağ-qara e-ink ekran, “QWERTY” klaviatura və “Wi-Fi” modulu ilə təchiz olunub. ABŞ-da 139.99 dollara satılacaq. Qurğunun “Google eBooks” xidmətinin yüzlərlə min pullu və 3 milyon pulsuz kitabına girişi olacaq.
Bundan başqa, “Story HD” sürətli prosessorla təchiz edilib, bunun sayəsində virtual səhifələr daha sürətli vərəqlənir. “Google eBooks” xidməti 2010-cu ilin dekabrında istifadəyə verilib. Bu platformadan istifadə edərək, kitabları istənilən müasir səyyah vasitəsilə oxumaq olar.



Baxış sayı: 1212

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024