12px13px15px17px
Tarix:21/06/12

Azərbaycanda ilk dəfə onlayn rejimdə işləyən kartlı ödəniş sistemi tətbiq ediləcək

Müasir dünyamızda istehlakçı bazarının sürətli inkişafı və bunun nəticəsində ölkəmizdəki kart biznesində izlənilən artım dinamikası bank sektorunda innovativ məhsulların tətbiqini zəruri edir.

Bu məqsədlə "MilliKart" MMC banklara innovativ «Bonus & Taksit» (installment)  məhsulunun tətbiqi üçün yeni funksional imkanları təqdim edir. "ICTnews" elektron xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

"Bonus & Taksit" sistemi sayəsində banklar ölkəmizdə indiyə qədər analoqu olmayan ilk dəfə onlayn rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi, normal bir kredit kartının bütün xüsusiyyətləri ilə yanaşı, alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissə-hissə ödəməyə imkan verməsi, xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi, tək bank hesabı ilə həm kart hesabının, həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi imkanlarını əldə edəcək.




CAHANGİR



Baxış sayı: 1403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024