Tarix:21/06/12
Layihənin başlıca məqsədi ölkədə daşınmaz əmlak bazarını, habelə dövlət əmlakının idarə edilməsi və istifadəsini dəstəkləyən daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatını təmin etməkdir. Ümumiyyətlə, bu layihə daşınmaz əmlak bazarına və bütün daşınmaz əmlak sahiblərinə dəstək verəcək.
Layihə Azərbaycanda daşınmaz əmlakdan istifadə və ipoteka məqsədləri üçün məsələləri həll etməyə yardım edəcək, mülkiyyət hüquqlarının şəffaflığı və təhlükəsizliyini daha da təkmilləşdirəcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.
Onun sözlərinə görə, layihə daşınmaz əmlak əqdlərini sürətləndirəcək və daşınmaz əmlak kadastrı və qeydiyyatı ilə bağlı xərclərin azalmasını hədəf götürəcək: "Layihə daşınmaz əmlak agentləri, mərzçəkənlər və hüquqşünasların işinə yardım edəcək və bu sahələr üzrə özəl sektorun inkişafına kömək edəcək. Digər bir məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq və ölkədə daşınmaz əmlakın özəlləşdirilməsi üzrə müxtəlif proqramların dəstəklənməsini davam etdirməkdir.
Bu məqsədlərin bir çoxu informasiya texnologiyası və "elektron hökumət" təşəbbüsləri ilə əlaqə vasitəsi ilə daşınmaz əmlak bazarı informasiyasına çıxışı təmin etməklə dəstəklənəcək. Layihə çərçivəsində müştərilərin məmnunluq səviyyəsinin artması və bununla da daşınmaz əmlak üzərində bütün hüquqi əməliyyatların sayında artması gözlənilir.
Bu nəticələr yeni sistemə daxil edilən daşınmaz əmlak obyektlərinin, alqı-satqı, ipoteka və icarə əməliyyatlarının sayı üzrə həyata keçiriləcək müntəzəm statistik araşdırmalar vasitəsilə təhlil olunacaq". Layihə həmçinin əmlakın qiymətindəki artımı və ipoteka krediti üzrə verilən cəmi pul məbləğlərinin təhlilini də həyata keçirəcək. Müştərilərin məmnunluq səviyyəsi müştəri sorğuları vasitəsilə təyin olunacaq. Bu nəticələrin digər iqtisadi göstəricilərlə müqayisə olunması nəticəsində layihənin Azərbaycanın ümumi iqtisadi inkişafına nə dərəcədə təsir etdiyi də qiymətləndiriləcək.
Bunlarla yanaşı, layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı da işlər görülür. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi üçün beynəlxalq məsləhətçilərin iştirakı ilə Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının hazırlanmasına başlanıb. Bu istiqamətdə bir sıra inkişaf etmiş Avropa ölkələrinin aidiyyəti qurumlarının fəaliyyətləri ilə tanış olunmuş və təcrübə mübadiləsi həyata keçirilib.
Layihəyə uyğun olaraq, komitə üçün 2012-2013-cü illərdə daşınmaz əmlakın qeydiyyatı, vahid kadastrı və dövlət əmlakının idarə edilməsi sahələrində planlaşdırma, resursların səfərbər olunması və maliyyələşdirmə, komitənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyətin icrası zamanı səmərəlilik və effektivliyinin daha da artırılmasının dəstəklənməsi məqsədilə Biznes Planın hazırlanması və Korporativ Strategiyanın formalaşdırılması nəzərdə tutulub.
Strateji Plan komitə tərəfindən xidmətlərin göstərilməsi (xidmət standartları daxil olmaqla), kadr resurslarının inkişafı, texniki planlar, İT strategiyaları, əsas vəzifələrə nail olmaq üçün ümumi maliyyələşdirmə variantları və ictimaiyyətə davamlı və qənaətcil xidmətlərin göstərilməsi sahəsində korporativ strategiyanın hazırlanmasını əhatə edəcək.
Beşillik Strateji Planın hazırlanması çərçivəsində komitədə daxili idarəetmənin təkmilləşdirilməsi, komitə və onun qurumlarında idarəetmədə səmərəli və şəffaf fəaliyyət mexanizmlərinin tətbiq edilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sistemlərinin davamlı fəaliyyəti üzrə biznes planların hazırlanması və xidmətlə bağlı standartların inkişaf etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda bu layihə çərçivəsində komitədə institusional dəyişikliklər üçün seçimlərə dair təkliflər hazırlamaq, insan resurslarının idarə edilməsi və inkişafı ilə bağlı araşdırmalar həyata keçiriləcək.
Həmçinin, ehtiyac və tələblər də daxil olmaqla, məqsəd və vəzifələri dəstəkləmək üçün strategiyaların hazırlanmasını əlaqələndirmək, investisiyalar və büdcə tərtibatı prosesləri üzrə ən yaxşı təcrübələri tətbiq etmək kimi işlər həyata keçiriləcək. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və idarə edilməsi ilə bağlı tarif və qiymətləndirmə siyasətlərinin nəzərdən keçirilməsi, ən yaxşı beynəlxalq təcrübələrlə müqayisə edilməsi, davamlı fəaliyyət üçün bu istiqamətdə təkliflərin hazırlanması nəzərdə tutulur.
Q.Xəlilov qeyd edib ki, Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının 12 ay müddətində hazırlanması nəzərdə tutulur: "Artıq Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının hazırlanması üzrə əsas beynəlxalq məsləhətçi və digər məsləhətçilər müəyyən edilib.
Bu məqsədlə beynəlxalq məsləhətçilərin ölkəmizə ilk səfəri olub. İlk səfərin məqsədi - ilkin məlumatların araşdırılması və işlərin planlaşdırılmasından ibarətdir. Səfər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatında və tabeliyində olan qurumlarda işgüzar görüşlər keçirilmiş və komitənin müxtəlif istiqamətlərdəki fəaliyyəti öyrənilib".
Həqiqət İSABALAYEVA
“Elektron hökumət” təşəbbüsləri daşınmaz əmlak bazarının informasiyaya çıxışı təmin edilməklə dəstəklənəcək”
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış Kredit sazişinə əsasən, 2007-ci ildən etibarən respublikada həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi davam etdirilir. Layihənin icraçı təşkilatı kimi Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) çıxış edir.Layihənin başlıca məqsədi ölkədə daşınmaz əmlak bazarını, habelə dövlət əmlakının idarə edilməsi və istifadəsini dəstəkləyən daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatını təmin etməkdir. Ümumiyyətlə, bu layihə daşınmaz əmlak bazarına və bütün daşınmaz əmlak sahiblərinə dəstək verəcək.
Layihə Azərbaycanda daşınmaz əmlakdan istifadə və ipoteka məqsədləri üçün məsələləri həll etməyə yardım edəcək, mülkiyyət hüquqlarının şəffaflığı və təhlükəsizliyini daha da təkmilləşdirəcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.
Onun sözlərinə görə, layihə daşınmaz əmlak əqdlərini sürətləndirəcək və daşınmaz əmlak kadastrı və qeydiyyatı ilə bağlı xərclərin azalmasını hədəf götürəcək: "Layihə daşınmaz əmlak agentləri, mərzçəkənlər və hüquqşünasların işinə yardım edəcək və bu sahələr üzrə özəl sektorun inkişafına kömək edəcək. Digər bir məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq və ölkədə daşınmaz əmlakın özəlləşdirilməsi üzrə müxtəlif proqramların dəstəklənməsini davam etdirməkdir.
Bu məqsədlərin bir çoxu informasiya texnologiyası və "elektron hökumət" təşəbbüsləri ilə əlaqə vasitəsi ilə daşınmaz əmlak bazarı informasiyasına çıxışı təmin etməklə dəstəklənəcək. Layihə çərçivəsində müştərilərin məmnunluq səviyyəsinin artması və bununla da daşınmaz əmlak üzərində bütün hüquqi əməliyyatların sayında artması gözlənilir.
Bu nəticələr yeni sistemə daxil edilən daşınmaz əmlak obyektlərinin, alqı-satqı, ipoteka və icarə əməliyyatlarının sayı üzrə həyata keçiriləcək müntəzəm statistik araşdırmalar vasitəsilə təhlil olunacaq". Layihə həmçinin əmlakın qiymətindəki artımı və ipoteka krediti üzrə verilən cəmi pul məbləğlərinin təhlilini də həyata keçirəcək. Müştərilərin məmnunluq səviyyəsi müştəri sorğuları vasitəsilə təyin olunacaq. Bu nəticələrin digər iqtisadi göstəricilərlə müqayisə olunması nəticəsində layihənin Azərbaycanın ümumi iqtisadi inkişafına nə dərəcədə təsir etdiyi də qiymətləndiriləcək.
Bunlarla yanaşı, layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı da işlər görülür. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi üçün beynəlxalq məsləhətçilərin iştirakı ilə Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının hazırlanmasına başlanıb. Bu istiqamətdə bir sıra inkişaf etmiş Avropa ölkələrinin aidiyyəti qurumlarının fəaliyyətləri ilə tanış olunmuş və təcrübə mübadiləsi həyata keçirilib.
Layihəyə uyğun olaraq, komitə üçün 2012-2013-cü illərdə daşınmaz əmlakın qeydiyyatı, vahid kadastrı və dövlət əmlakının idarə edilməsi sahələrində planlaşdırma, resursların səfərbər olunması və maliyyələşdirmə, komitənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyətin icrası zamanı səmərəlilik və effektivliyinin daha da artırılmasının dəstəklənməsi məqsədilə Biznes Planın hazırlanması və Korporativ Strategiyanın formalaşdırılması nəzərdə tutulub.
Strateji Plan komitə tərəfindən xidmətlərin göstərilməsi (xidmət standartları daxil olmaqla), kadr resurslarının inkişafı, texniki planlar, İT strategiyaları, əsas vəzifələrə nail olmaq üçün ümumi maliyyələşdirmə variantları və ictimaiyyətə davamlı və qənaətcil xidmətlərin göstərilməsi sahəsində korporativ strategiyanın hazırlanmasını əhatə edəcək.
Beşillik Strateji Planın hazırlanması çərçivəsində komitədə daxili idarəetmənin təkmilləşdirilməsi, komitə və onun qurumlarında idarəetmədə səmərəli və şəffaf fəaliyyət mexanizmlərinin tətbiq edilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sistemlərinin davamlı fəaliyyəti üzrə biznes planların hazırlanması və xidmətlə bağlı standartların inkişaf etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda bu layihə çərçivəsində komitədə institusional dəyişikliklər üçün seçimlərə dair təkliflər hazırlamaq, insan resurslarının idarə edilməsi və inkişafı ilə bağlı araşdırmalar həyata keçiriləcək.
Həmçinin, ehtiyac və tələblər də daxil olmaqla, məqsəd və vəzifələri dəstəkləmək üçün strategiyaların hazırlanmasını əlaqələndirmək, investisiyalar və büdcə tərtibatı prosesləri üzrə ən yaxşı təcrübələri tətbiq etmək kimi işlər həyata keçiriləcək. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və idarə edilməsi ilə bağlı tarif və qiymətləndirmə siyasətlərinin nəzərdən keçirilməsi, ən yaxşı beynəlxalq təcrübələrlə müqayisə edilməsi, davamlı fəaliyyət üçün bu istiqamətdə təkliflərin hazırlanması nəzərdə tutulur.
Q.Xəlilov qeyd edib ki, Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının 12 ay müddətində hazırlanması nəzərdə tutulur: "Artıq Beşillik Strateji Planın və Birillik Fəaliyyət Planının hazırlanması üzrə əsas beynəlxalq məsləhətçi və digər məsləhətçilər müəyyən edilib.
Bu məqsədlə beynəlxalq məsləhətçilərin ölkəmizə ilk səfəri olub. İlk səfərin məqsədi - ilkin məlumatların araşdırılması və işlərin planlaşdırılmasından ibarətdir. Səfər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatında və tabeliyində olan qurumlarda işgüzar görüşlər keçirilmiş və komitənin müxtəlif istiqamətlərdəki fəaliyyəti öyrənilib".
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1326
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır