Tarix:13/07/11
Qeyd edək ki, rayonda telekommunikasiya və internet xidmətləri ilə yanaşı, poçt xidmətlərinin, radio-TV yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün tədbirlər planı hazırlanaraq həyata keçirilməsi qərara alınıb.
Ağdamda müasir rabitə xidməti yaradılır
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və nazirliyin müvafiq qurumlarının rəhbərlərinin Ağdama olan məlum səfərindən sonra hazırlanan tədbirlər planının icrası yüksək səviyyədə icra olunur. Bu barədə İCTnews-ə məlumat verən “Aztelekom”İB-nin baş direktorunun müavini, texniki direktor Zahir Vəliyev bildirdi ki, Quzanlıda yeni “Rabitə evi”nin tikintisi layihəsi hazırdır və Rzalı, Yeni Yaşayış və Çəmənli kəndlərində əhalinin telefona olan tələbatının ödənilməsi məqsədilə 9,5 kilometr məsafədə optik kabel çəkilərək əlavə materiallar göndərilib. “Həyata keçirilən tədbirlər nəticəsində Rzalıda 112, Yeni Yaşayışda 128 və Çəmənlidə 160 abunəçinin mənzilini telefonlaşdırmaq mümkün olacaq” - deyən baş direktor müavini əlavə edərək dedi ki, Quzanlı sakinlərinin genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-də ADSL portlarının sayı 16-dan 64-ə çatdırılıb.Qeyd edək ki, rayonda telekommunikasiya və internet xidmətləri ilə yanaşı, poçt xidmətlərinin, radio-TV yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün tədbirlər planı hazırlanaraq həyata keçirilməsi qərara alınıb.
Baxış sayı: 900
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır