Tarix:21/06/12
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən qeyd edilib ki, nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycan Respublikasında dövriyyədə olan nağd pul kütləsinin məhdudlaşdırılmasını zəruri edən amillər” mövzusunda geniş təqdimatla çıxış edib, son 15 il ərzində ölkədə nağdsız pul dövriyyəsinin artırılması istiqamətində görülən işlər və milli ödəniş sisteminin inkişafı sahəsində aparılan qanunverici və inzibati islahatlar barədə danışıb.
Onun sözlərinə görə, ölkədə müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi və nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər biznes subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılması, habelə dövlət müəssisə və təşkilatları tərəfindən pul vəsaitlərinin daha səmərəli istifadəsinə xidmət edir.
Təqdimatda Vergilər Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərdən və beynəlxalq təcrübədə rast gəlinən qanunvericilik məhdudiyyətlərindən danışılıb. Sonra Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı “Hökumət ödənişlər portalı: görülmüş işlər və perspektivlər” mövzusunda təqdimat edib, Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) strukturu, inkişaf dinamikası, ödəniş imkanları və Hökumət Ödəniş Portalı (HÖP) layihəsi, cari ildə bu sistemə inteqrasiyası nəzərdə tutulan təşkilatlar, iştirakçı təşkilatlar və ödəyicilər üçün üstünlüklər və s. məsələlər barədə seminar iştirakçılarına məlumat verib.
Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin şöbə rəisi İlqar Xəlilov “Vergi və rüsumların nağdsız qaydada ödənişi” barədə təqdimatla çıxış edərək, elektron ödənişlər sahəsində aparılan islahatlar, bu sistemin tətbiqi və onun aparılması qaydaları, elektron ödənişin tətbiqi nəticəsində əldə olunan uğurlar barədə məlumat verib.
Daha sonra “Nağdsız ödənişlərin həcminin artırılmasında prosessinq mərkəzlərinin rolu” mövzusunda “Milli kart” MMC-nin Əməliyyat şöbəsinin rəisi İlqar İbrahimovun, “Nağdsız hesablaşmaların stimullaşdırılması işində biznes ictimaiyyətinin mövqeyi” mövzusunda Amerika Ticarət Palatasının (AMCHAM) siyasət və hüquq məsələləri üzrə koordinatoru Şahid Şükürovun, “POS-terminallar vasitəsilə plastik kartlarla nağdsız ödənişlərin həyata keçirilməsi qaydaları” barədə “Atabank” ASC-nin Bank kartları departamentinin direktor müavini Kamran Şıxəliyevin, “POS-terminalların tətbiqi: mövcud vəziyyət və perspektiv imkanlar” mövzusunda “Kapital Bank" ASC-nin mütəxəssisi Ramil Məcidovun, “Elektron ticarət: mövcud vəziyyət və perspektivlər” mövzusunda “Golden Pay” şirkətinin təsisçisi Fərid İsmayılzadənin, “Nağdsız hesablaşmaların tətbiqində vətəndaş cəmiyyətinin rolu” barədə Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyevin, “Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsində təbliğat işlərinin rolu” mövzusunda Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin əməkdaşı Rövşən Məmmədovun təqdimatları dinlənilib.
Həqiqət İSABALAYEVA
Akif Musayev: “Elektron ödəniş xidmətləri daha da təkmilləşdiriləcək”
Vergilər Nazirliyinin Şamaxı rayonunun Pirqulu qəsəbəsində yerləşən Tədris Mərkəzində “Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi” mövzusunda seminar keçirilib. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, Azərbaycan Respublikasının Mərkəzi Bankının, respublikada fəaliyyət göstərən bankların və onların prosessinq mərkəzlərinin mütəxəssisləri, həmçinin biznes strukturlarının, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən qeyd edilib ki, nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycan Respublikasında dövriyyədə olan nağd pul kütləsinin məhdudlaşdırılmasını zəruri edən amillər” mövzusunda geniş təqdimatla çıxış edib, son 15 il ərzində ölkədə nağdsız pul dövriyyəsinin artırılması istiqamətində görülən işlər və milli ödəniş sisteminin inkişafı sahəsində aparılan qanunverici və inzibati islahatlar barədə danışıb.
Onun sözlərinə görə, ölkədə müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi və nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər biznes subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılması, habelə dövlət müəssisə və təşkilatları tərəfindən pul vəsaitlərinin daha səmərəli istifadəsinə xidmət edir.
Təqdimatda Vergilər Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərdən və beynəlxalq təcrübədə rast gəlinən qanunvericilik məhdudiyyətlərindən danışılıb. Sonra Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı “Hökumət ödənişlər portalı: görülmüş işlər və perspektivlər” mövzusunda təqdimat edib, Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) strukturu, inkişaf dinamikası, ödəniş imkanları və Hökumət Ödəniş Portalı (HÖP) layihəsi, cari ildə bu sistemə inteqrasiyası nəzərdə tutulan təşkilatlar, iştirakçı təşkilatlar və ödəyicilər üçün üstünlüklər və s. məsələlər barədə seminar iştirakçılarına məlumat verib.
Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin şöbə rəisi İlqar Xəlilov “Vergi və rüsumların nağdsız qaydada ödənişi” barədə təqdimatla çıxış edərək, elektron ödənişlər sahəsində aparılan islahatlar, bu sistemin tətbiqi və onun aparılması qaydaları, elektron ödənişin tətbiqi nəticəsində əldə olunan uğurlar barədə məlumat verib.
Daha sonra “Nağdsız ödənişlərin həcminin artırılmasında prosessinq mərkəzlərinin rolu” mövzusunda “Milli kart” MMC-nin Əməliyyat şöbəsinin rəisi İlqar İbrahimovun, “Nağdsız hesablaşmaların stimullaşdırılması işində biznes ictimaiyyətinin mövqeyi” mövzusunda Amerika Ticarət Palatasının (AMCHAM) siyasət və hüquq məsələləri üzrə koordinatoru Şahid Şükürovun, “POS-terminallar vasitəsilə plastik kartlarla nağdsız ödənişlərin həyata keçirilməsi qaydaları” barədə “Atabank” ASC-nin Bank kartları departamentinin direktor müavini Kamran Şıxəliyevin, “POS-terminalların tətbiqi: mövcud vəziyyət və perspektiv imkanlar” mövzusunda “Kapital Bank" ASC-nin mütəxəssisi Ramil Məcidovun, “Elektron ticarət: mövcud vəziyyət və perspektivlər” mövzusunda “Golden Pay” şirkətinin təsisçisi Fərid İsmayılzadənin, “Nağdsız hesablaşmaların tətbiqində vətəndaş cəmiyyətinin rolu” barədə Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyevin, “Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsində təbliğat işlərinin rolu” mövzusunda Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin əməkdaşı Rövşən Məmmədovun təqdimatları dinlənilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1512
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır