12px13px15px17px
Tarix:22/06/12

“Elektron auksionun dövriyyəyə girməsilə istehsalçılar və istehlakçılar arasında birbaşa biznes qurulacaq”

Sentyabr ayında elektron auksion dövriyyəyə girəcək. Bu barədə “Golden Pay” şirkətinin təsisçisi Fərid İsmayılzadə Vergilər Nazirliyi tərəfindən keçirilən “Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi” adlı seminarda məlumat verib.

Onun sözlərinə görə, bu sayt vasitəsilə istehsalçılar və istehlakçılar arasında birbaşa biznes qurulacaq:

“Eyni vaxtda pul kisəsi yaradılacaq ki, yeni elektron hesabınıza pul yatıraraq, istənilən vaxt bu puldan istifadə edə biləcəksiniz”.

O, təsisçi əməliyyatlarının, ödənişlərin elektronlaşması üçün Dövlət Yol Polisi, Gömrük, Standartlaşdırma komitələri ilə danışıqlar apardıqlarını da bildirib:

“Biz həmçinin gələcəkdə mobil proqramlar və ya saytların mobil versiyaları vasitəsilə ticarət və ödəmələrin həyata keçirilməsinə çalışırıq”.

O, həmçinin elektron ticarət qanunvericiliyində boşluqların aradan qaldırılması üçün təkliflər hazırlandığını deyib.




Baxış sayı: 1395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024