Tarix:22/06/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Məlumat Bankı (MB) - öz ixtisas bilikləri və işgüzar bacarıqları, inkişaf potensialı və işlədikləri sahədə (tutduqları vəzifədə) əldə etdikləri nəticələrə görə qanunvericiliklə müəyyən edilmiş qaydada daha yüksək vəzifəyə təyin edilə biləcək peşəkar və perspektivli mütəxəssislər barəsində dolğun məlumat toplusudur. Məlumat Bankı Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi proqram təminatı vasitəsilə elektron formada yaradılır və idarə olunur.
Banka daxil edilmək üçün namizədlər barəsində məlumatlar dövlət orqanları tərəfindən təqdim edilir. İri vergi ödəyicisi olan dövlət müəssisələri də bu əsasnamə ilə müəyyən edilmiş qaydada MB-ya qoşula bilərlər. Bankın məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir.
Bu bazadan dövlət qurumlarında daha yüksək vəzifələrə ehtiyat kadr siyahısının hazırlanmasında istifadə edilir. Bankın formalaşdırılmasında bütün maraqlı dövlət orqanlarının, ictimai və digər təşkilatların, habelə təhsil və elm müəssisələrinin iştirakı təmin edilir.
Bankın rezidenti ola biləcək namizədlər müvafiq tələblərə cavab verməlidirlər. Belə ki, 29 yaş həddini keçməyən Azərbaycan vətəndaşı olan, ali təhsili olan, Azərbaycan dövlət dilini və azı iki xarici dil bilən, ixtisası üzrə və idarəetmə sahəsində azı ikiillik təcrübəsi olan, yüksək təşəbbüskarlığı və iş qabiliyyəti olan, dövlət siyasətini dərindən dərk edən və məsuliyyətli olan, yüksək təhlil qabiliyyəti olanlar bu banka daxil edilirlər.
Onlar strateji planlaşdırma, yüksək icraçılıq, təşkilatçılıq və təqdimetmə sahəsində bilik və bacarığı, yüksək fərdi hazırlıq səviyyəsi, kollektivdə və komandada işləmək qabiliyyəti kimi tələblərə də cavab verməlidirlər. Namizədlərlə bağlı təkliflər ildə bir dəfə (hər ilin 15 iyul tarixinədək) Məlumat Bankının administratoruna təqdim edilir. Təkliflər namizədlə bağlı təqdim olunan müvafiq sənədlərdə öz əksini tapmalıdır.
Belə ki, sənədlərə ərizə (Məlumat Bankının administratoru tərəfindən müəyyən edilmiş formada), şəxsiyyəti təsdiq edən sənədin surəti, ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti və “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış, əlavə təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti, xarici dili bilmək haqqında müvafiq təsdiqedici sənədin notarial qaydada təsdiq edilmiş surəti, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti, tərcümeyi-hal daxildir.
Bundan başqa, kadrlar uçotunun şəxsi vərəqi, xasiyyətnamə əlavə olunmaqla, ən azı iki şəxs tərəfindən verilən zəmanət məktubları, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, fəaliyyət göstərdiyi müvafiq sahədə, iştirak etdiyi tədbirlərdə (beynəlxalq, ölkə və regional səviyyədə təşkil olunmuş intellektual yarışlar, elmi konfranslar və sair) əldə etdiyi nailiyyətlərini əks etdirən digər sənədlərin surəti də tələb edilən sənədlər sırasındadır.
MB-nın idarə edilməsi ilə bağlı Məlumat Bankının administratoru tərəfindən müvafiq vəzifələr həyata keçiriləcək. Bu vəzifələrə proqram təminatının yaradılmasına və proqramın işlək vəziyyətdə saxlanılmasına (fasiləsiz fəaliyyətinə) nəzarət edilməsi, məlumatların daxil və istifadə edilməsi ilə bağlı təhlükəsizlik məsələlərinin həll edilməsi, istifadəçilərin qoşulmasının, akkreditasiya olunmuş şəxslərin hazırlığının təmin edilməsi daxildir.
Namizədlərin seçimi və rezidentlərin MB-ya daxil edilməsi prosesinin təşkili məqsədi ilə Məlumat Bankının administratoru tərəfindən tərkibi sədri, sədrin müavini və yeddi nəfər üzvdən ibarət olmaqla Ekspert Şurası yaradılır. Şuraya dövlət orqanlarının vəzifəli şəxsləri və idarəetmə sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər daxil edilirlər. İctimai əsaslarla fəaliyyət göstərən Ekspert Şurasının (EŞ) da müəyyən funksiyaları var.
Belə ki, bu funksiyalar MB-ya daxil edilmək üçün verilmiş təkliflər əsasında 1 (bir) ay müddətində namizədlərin seçimini həyata keçirmək, rezidentin Məlumat Bankına daxil edilməsi və oradan çıxarılması ilə bağlı qərar qəbul etmək, bu qərarların icrasına nəzarəti həyata keçirmək, MB-dakı məlumatlara əlavə və dəyişikliklər edilməsinə, siyahının hər il olmaq şərtilə yenilənməsinə nəzarət etməkdən ibarətdir.
Ekspert Şurası funksiyalarını həyata keçirmək məqsədi ilə iclaslar keçirir. Şuranın iclasları ildə bir dəfədən az olmayaraq keçirilir. Ekspert Şurası sədrinin, sədr olmadıqda isə onun müavininin rəhbərliyi ilə keçirilir, EŞ-in üzvlərinin üçdə ikisinin iştirakı ilə səlahiyyətli sayılır. Şuranın qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, yazılı qaydada rəsmiləşdirilir və Məlumat Bankının administratoru tərəfindən təsdiq edilir, namizədlərin Məlumat Bankına daxil edilməsi üçün əsas hesab edilir. Rezidentin Məlumat Bankında saxlanılması və çıxarılması, rezident haqqında məlumatların aktiv siyahıda saxlanılma müddəti onun 35 yaş dövrünə qədər müəyyənləşdirilir.
Rezident qanunvericiliklə müəyyən edilmiş qaydada vakant vəzifəyə təyin edildikdən sonra, onun haqqında məlumatlar yeni vəzifəsi daxil edilməklə təzələnir və aktiv siyahıda saxlanılır. Rezident haqqında məlumatların siyahıda saxlanılma müddəti bitdikdə, bu məlumatlar Məlumat Bankının aktiv siyahısından çıxarılır və arxivləşdirilir. Rezident haqqında məlumatlar müvafiq hallarda Məlumat Bankının aktiv siyahısından arxivləşdirilmədən çıxarılır.
Belə ki, xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda, vəfat etdikdə, məhkəmə tərəfindən şəxs xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə məlumatlar bazadan çıxarılır. Məlumat Bankından istifadəyə gəlincə, MB məlumat xarakteri daşıyan, vakant vəzifələrin qanunvericiliklə müəyyən edilmiş qaydada tutulması məqsədi ilə dövlət qurumları tərəfindən istifadə üçün açıq informasiya resursudur.
Həqiqət İSABALAYEVA
Peşəkar və perspektivli gənclərlə bağlı elektron Məlumat Bankı yaradılır
Nazirlər Kabineti “Gənclərin kadr potensialı barəsində Məlumat Bankı haqqında Əsasnamə”ni təsdiq edib. Qərar respublika prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” üzrə müvafiq bəndin icrasını təmin etmək məqsədi ilə verilib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Məlumat Bankı (MB) - öz ixtisas bilikləri və işgüzar bacarıqları, inkişaf potensialı və işlədikləri sahədə (tutduqları vəzifədə) əldə etdikləri nəticələrə görə qanunvericiliklə müəyyən edilmiş qaydada daha yüksək vəzifəyə təyin edilə biləcək peşəkar və perspektivli mütəxəssislər barəsində dolğun məlumat toplusudur. Məlumat Bankı Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi proqram təminatı vasitəsilə elektron formada yaradılır və idarə olunur.
Banka daxil edilmək üçün namizədlər barəsində məlumatlar dövlət orqanları tərəfindən təqdim edilir. İri vergi ödəyicisi olan dövlət müəssisələri də bu əsasnamə ilə müəyyən edilmiş qaydada MB-ya qoşula bilərlər. Bankın məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir.
Bu bazadan dövlət qurumlarında daha yüksək vəzifələrə ehtiyat kadr siyahısının hazırlanmasında istifadə edilir. Bankın formalaşdırılmasında bütün maraqlı dövlət orqanlarının, ictimai və digər təşkilatların, habelə təhsil və elm müəssisələrinin iştirakı təmin edilir.
Bankın rezidenti ola biləcək namizədlər müvafiq tələblərə cavab verməlidirlər. Belə ki, 29 yaş həddini keçməyən Azərbaycan vətəndaşı olan, ali təhsili olan, Azərbaycan dövlət dilini və azı iki xarici dil bilən, ixtisası üzrə və idarəetmə sahəsində azı ikiillik təcrübəsi olan, yüksək təşəbbüskarlığı və iş qabiliyyəti olan, dövlət siyasətini dərindən dərk edən və məsuliyyətli olan, yüksək təhlil qabiliyyəti olanlar bu banka daxil edilirlər.
Onlar strateji planlaşdırma, yüksək icraçılıq, təşkilatçılıq və təqdimetmə sahəsində bilik və bacarığı, yüksək fərdi hazırlıq səviyyəsi, kollektivdə və komandada işləmək qabiliyyəti kimi tələblərə də cavab verməlidirlər. Namizədlərlə bağlı təkliflər ildə bir dəfə (hər ilin 15 iyul tarixinədək) Məlumat Bankının administratoruna təqdim edilir. Təkliflər namizədlə bağlı təqdim olunan müvafiq sənədlərdə öz əksini tapmalıdır.
Belə ki, sənədlərə ərizə (Məlumat Bankının administratoru tərəfindən müəyyən edilmiş formada), şəxsiyyəti təsdiq edən sənədin surəti, ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti və “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış, əlavə təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti, xarici dili bilmək haqqında müvafiq təsdiqedici sənədin notarial qaydada təsdiq edilmiş surəti, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti, tərcümeyi-hal daxildir.
Bundan başqa, kadrlar uçotunun şəxsi vərəqi, xasiyyətnamə əlavə olunmaqla, ən azı iki şəxs tərəfindən verilən zəmanət məktubları, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, fəaliyyət göstərdiyi müvafiq sahədə, iştirak etdiyi tədbirlərdə (beynəlxalq, ölkə və regional səviyyədə təşkil olunmuş intellektual yarışlar, elmi konfranslar və sair) əldə etdiyi nailiyyətlərini əks etdirən digər sənədlərin surəti də tələb edilən sənədlər sırasındadır.
MB-nın idarə edilməsi ilə bağlı Məlumat Bankının administratoru tərəfindən müvafiq vəzifələr həyata keçiriləcək. Bu vəzifələrə proqram təminatının yaradılmasına və proqramın işlək vəziyyətdə saxlanılmasına (fasiləsiz fəaliyyətinə) nəzarət edilməsi, məlumatların daxil və istifadə edilməsi ilə bağlı təhlükəsizlik məsələlərinin həll edilməsi, istifadəçilərin qoşulmasının, akkreditasiya olunmuş şəxslərin hazırlığının təmin edilməsi daxildir.
Namizədlərin seçimi və rezidentlərin MB-ya daxil edilməsi prosesinin təşkili məqsədi ilə Məlumat Bankının administratoru tərəfindən tərkibi sədri, sədrin müavini və yeddi nəfər üzvdən ibarət olmaqla Ekspert Şurası yaradılır. Şuraya dövlət orqanlarının vəzifəli şəxsləri və idarəetmə sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər daxil edilirlər. İctimai əsaslarla fəaliyyət göstərən Ekspert Şurasının (EŞ) da müəyyən funksiyaları var.
Belə ki, bu funksiyalar MB-ya daxil edilmək üçün verilmiş təkliflər əsasında 1 (bir) ay müddətində namizədlərin seçimini həyata keçirmək, rezidentin Məlumat Bankına daxil edilməsi və oradan çıxarılması ilə bağlı qərar qəbul etmək, bu qərarların icrasına nəzarəti həyata keçirmək, MB-dakı məlumatlara əlavə və dəyişikliklər edilməsinə, siyahının hər il olmaq şərtilə yenilənməsinə nəzarət etməkdən ibarətdir.
Ekspert Şurası funksiyalarını həyata keçirmək məqsədi ilə iclaslar keçirir. Şuranın iclasları ildə bir dəfədən az olmayaraq keçirilir. Ekspert Şurası sədrinin, sədr olmadıqda isə onun müavininin rəhbərliyi ilə keçirilir, EŞ-in üzvlərinin üçdə ikisinin iştirakı ilə səlahiyyətli sayılır. Şuranın qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, yazılı qaydada rəsmiləşdirilir və Məlumat Bankının administratoru tərəfindən təsdiq edilir, namizədlərin Məlumat Bankına daxil edilməsi üçün əsas hesab edilir. Rezidentin Məlumat Bankında saxlanılması və çıxarılması, rezident haqqında məlumatların aktiv siyahıda saxlanılma müddəti onun 35 yaş dövrünə qədər müəyyənləşdirilir.
Rezident qanunvericiliklə müəyyən edilmiş qaydada vakant vəzifəyə təyin edildikdən sonra, onun haqqında məlumatlar yeni vəzifəsi daxil edilməklə təzələnir və aktiv siyahıda saxlanılır. Rezident haqqında məlumatların siyahıda saxlanılma müddəti bitdikdə, bu məlumatlar Məlumat Bankının aktiv siyahısından çıxarılır və arxivləşdirilir. Rezident haqqında məlumatlar müvafiq hallarda Məlumat Bankının aktiv siyahısından arxivləşdirilmədən çıxarılır.
Belə ki, xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda, vəfat etdikdə, məhkəmə tərəfindən şəxs xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə məlumatlar bazadan çıxarılır. Məlumat Bankından istifadəyə gəlincə, MB məlumat xarakteri daşıyan, vakant vəzifələrin qanunvericiliklə müəyyən edilmiş qaydada tutulması məqsədi ilə dövlət qurumları tərəfindən istifadə üçün açıq informasiya resursudur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1523
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır