Tarix:22/06/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, əsas hədəfi Şuşa şəhərini işğalçılardan azad etməkdən ibarət olan “İşğal altında” kompyuter oyunu döyüş janrında hazırlanaraq, Qarabağ müharibəsini əks etdirir. Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulub.
Oyunçuların döyüş bacarığını artırmaqla yanaşı, ölkəmizin tarixini də öyrənməyə imkan yaradacaq olan bu oyun gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək. Kompyuter oyunu 2 il müddətinə müxtəlif universitetlərdə təhsil alan tələbələr tərəfindən hazırlanıb və keyfiyyətinə görə dünyaca məşhur olan döyüş oyunlarına yaxındır. “İşğal altında” kompyuter oyunu mövcud olan heç bir döyüş oyununun yenidən işlənmiş və ya modifikasiya edilmiş forması deyildir.
Oyunun rəhbəri və ideya müəllifi Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Fərid Haqverdiyev, musiqi tərtibatçısı isə gənc bəstəkar Aqşin Əlizadədir.
Xatırladaq ki, istifadəçilər kompyuter oyununu “www.azdimension.com” saytından və “www.facebook.com/AzDimension” sosial şəbəkə səhifəsindən pulsuz yükləyə bilərlər.
Qeyd edək ki, “İşğal altında“ kompyuter oyununun təqdimat mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.11 bəndinin icrası məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
CAHANGİR
“İşğal altında” kompyuter oyununun təqdimat mərasimi keçiriləcək
23 iyun 2012-ci il tarixində “Hyatt” mehmanxanasının “Quba” zalında 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuş “İşğal altında” kompyuter oyununun təqdimat mərasimi keçiriləcək.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, əsas hədəfi Şuşa şəhərini işğalçılardan azad etməkdən ibarət olan “İşğal altında” kompyuter oyunu döyüş janrında hazırlanaraq, Qarabağ müharibəsini əks etdirir. Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulub.
Oyunçuların döyüş bacarığını artırmaqla yanaşı, ölkəmizin tarixini də öyrənməyə imkan yaradacaq olan bu oyun gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək. Kompyuter oyunu 2 il müddətinə müxtəlif universitetlərdə təhsil alan tələbələr tərəfindən hazırlanıb və keyfiyyətinə görə dünyaca məşhur olan döyüş oyunlarına yaxındır. “İşğal altında” kompyuter oyunu mövcud olan heç bir döyüş oyununun yenidən işlənmiş və ya modifikasiya edilmiş forması deyildir.
Oyunun rəhbəri və ideya müəllifi Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Fərid Haqverdiyev, musiqi tərtibatçısı isə gənc bəstəkar Aqşin Əlizadədir.
Xatırladaq ki, istifadəçilər kompyuter oyununu “www.azdimension.com” saytından və “www.facebook.com/AzDimension” sosial şəbəkə səhifəsindən pulsuz yükləyə bilərlər.
Qeyd edək ki, “İşğal altında“ kompyuter oyununun təqdimat mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.11 bəndinin icrası məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
CAHANGİR
Baxış sayı: 1204
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır