12px13px15px17px
Tarix:13/07/11

“Twitter” üçün qeydiyyata alınmış proqramların sayı 1 milyonu ötüb

“Twitter” üçün qeydiyyata alınmış proqramların ümumi sayı 1 milyonu ötüb. Qeyd edək ki, 1 il əvvəl proqramların sayı təxminən 150 min idi. “Twitter” komandası bildirib ki, indi bu sahədə təkmilləşdirmə işləri ilə bütün dünya üzrə 750 mindən çox developer məşğul olur və yeni proqramlar hər saniyə yarımdan bir qeyd edilir. Şirkətin məlumatına görə, 2010-cu ilin dekabr ayından xidmətin qlobal ekosisteminə 500 milyon dollardan çox sərmayə qoyulub.
Həmçinin iyulun 11-də şirkət proqram istehsalçıları üçün yeni resursun açılışını həyata keçirib. İstənilən, arzu edən şəxs bilavasitə “Twitter” komandası ilə əlaqə saxlamaq və ya öz ideyalarını digər developerlərlə müzakirə etmək üçün həmin resursdan istifadə edə bilər.
Məlumat üçün bildirək ki, “Twitter” 2006-cı ildə yaradılıb. 2011-ci ilin yazına kimi bu mikrobloqlar xidmətində 200 milyondan çox hesab qeydə alınıb. Hal-hazırda şirkətin təxmini dəyəri təxminən 8 milyard dollar təşkil edir.



Baxış sayı: 992

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024