12px13px15px17px
Tarix:13/07/11

“Cisco”da kütləvi ixtisarlar

Dünyada şəbəkə avadanlığının ən böyük istehsalçısı sayılan amerikan şirkəti “Cisco” 10 min əməkdaşı və ya şirkətin bütün ştatının təxminən 14%-ni işdən azad edə bilər. Bununla belə, “Cisco” şirkətində rəsmi olaraq bu informasiyaya şərh verilməyib.
“Cisco” şirkəti personalın saxlanmasına yönələn xərclərin azalması hesabına gəliri saxlamaq niyyətindədir. Xatırladaq ki, hələ may ayında şirkət ştatı azalda biləcəyi barədə bəyanat vermişdi. O vaxt yayılan məlumatda bildirilirdi ki, iş yerləri sayının ixtisarı “Cisco” şirkətinə 2012-ci ildə 1 milyard dollar qənaət etməyə kömək edəcək.
Bəzi mənbələr iddia edib ki, “Cisco” şirkəti işçilərinin sayı artıq avqust ayının sonuna 7 min insana qədər azala bilər. Ehtimal edilir ki, daha 3 min əməkdaş vaxtından əvvəl pensiyaya göndəriləcək və kompensasiya alacaq. Bir gün əvvəl KİV-də çıxan informasiyaya əsasən, analitiklər “Cisco” şirkətinə rəqabətə davamlılığı saxlamaq üçün 5 min insanı işdən azad etməyi məsləhət görüblər.



Baxış sayı: 968

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024