Tarix:23/06/12
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google”-un ənənəvi loqosu abstrakt Türinq maşınının şəkli ilə əvəz edilib.
Alan Türinq 1912-ci il iyunun 23-də Londonda doğulub. O, İkinci dünya müharibəsi zamanı Britaniyanın kriptoqrafiya mərkəzi olan Bletçli-parkda çalışıb. Orada Türinqin rəhbərliyinin altında çalışan qrup məxfi "Ultra" layihəsi çərçivəsində alman silahlı qüvvələrinin kodlaşdırılmış mesajlarının deşifrə edilməsi ilə məşğul olurdu. Alim alman kriptoqraflarının şifrlərini qırmağa imkan verən "Bomba" və “Koloss” maşınlarının hazırlanmasına xeyli kömək etmişdi.
Türinq maşını süni intellekt nəzəriyyəsi sahəsində fundamental hazırlamalardan biri olub. O hesab edirdi ki, istənilən hesablama alqoritmi onun ekvivalent maşını vasitəsilə təsvir edilə bilər.
Məlumat üçün qeyd edək ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
EMİL
“Google” riyaziyyatçı Alan Turinqin ad gününü qeyd
“Google” internet-şirkəti Britaniyalı riyaziyyatçı və kriptoqraf Alan Türinqin anadan olmasının 100 illiyini bayram loqosu ilə qeyd edib. Alan Türinq informatikanın inkişafını xeyli zənginləşdirib və o, süni intellekt nəzəriyyəsinin banisi olub.“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google”-un ənənəvi loqosu abstrakt Türinq maşınının şəkli ilə əvəz edilib.
Alan Türinq 1912-ci il iyunun 23-də Londonda doğulub. O, İkinci dünya müharibəsi zamanı Britaniyanın kriptoqrafiya mərkəzi olan Bletçli-parkda çalışıb. Orada Türinqin rəhbərliyinin altında çalışan qrup məxfi "Ultra" layihəsi çərçivəsində alman silahlı qüvvələrinin kodlaşdırılmış mesajlarının deşifrə edilməsi ilə məşğul olurdu. Alim alman kriptoqraflarının şifrlərini qırmağa imkan verən "Bomba" və “Koloss” maşınlarının hazırlanmasına xeyli kömək etmişdi.
Türinq maşını süni intellekt nəzəriyyəsi sahəsində fundamental hazırlamalardan biri olub. O hesab edirdi ki, istənilən hesablama alqoritmi onun ekvivalent maşını vasitəsilə təsvir edilə bilər.
Məlumat üçün qeyd edək ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
EMİL
Baxış sayı: 1833
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib