12px13px15px17px
Tarix:23/06/12

Onlayn-ticarətə 1 dəqiqə ərzində 272 min dollar vəsait xərclənir

Araşdırmalara əsasən məlum olub ki, istifadəçilər onlayn-ticarətə 1 dəqiqə ərzində orta hesabla 272 min dollar vəsait xərcləyirlər. Bu isə saniyədə 4,5 min dollar, gün ərzində 391 milyon dollar deməkdir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "DOMO" analitik şirkətinin məlumatına görə, "YouTube" videohostinq xidmətinə hər dəqiqə ərzində 48 saatlıq video yüklənilir, həmçinin 1 dəqiqə ərzində göndərilən məktubların sayı 204,1 milyona çatır.

"Google" şirkəti 1 dəqiqə ərzində təxminən 2 milyon axtarış sorğusu emal edir, "Twitter" istifadəçiləri 100 min tvit göndərir, "Flickr" foto xidmətinin istifadəçiləri 3100 foto dərc edirlər. Bundan əlavə, qlobal şəbəkədə 1 dəqiqə ərzində 571 yeni veb-sayt yaradılır.




EMİL



Baxış sayı: 1326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024