Tarix:23/06/12
Hazırda MDB regionunda informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəricilərinə və müasir elektron xidmətlərin tətbiqi səviyyəsinə görə ilk üçlükdə (Rusiya, Azərbaycan, Qazaxıstan) yer alan ölkəmiz innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin məlumatlılığı, İKT xidmətlərindən istifadə və digər indikatorlar üzrə mövcud dünya göstəricilərinə yaxındır. Elə sahələr də var ki, ölkəmiz inkişaf etmiş ölkələrin göstəricilərini qabaqlayır.
Qeyd olunanlar isə informasiya cəmiyyətinin ölçülməsini, İKT statistikasının davamlı olaraq aparılmasını daha da zəruri edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, bu məqsədlə 2011-ci il üzrə yeni məlumatların əldə olunması üçün ölkənin regionları üzrə proporsional qaydada, təsadüfi seçmə metodu ilə 10.5 min ev təsərrüfatı üzrə 15-74 yaş qrupunda olan 26.9 mindən çox ailə üzvü arasında sorğu aparılıb. Kənd təsərrüfatı və işçilərinin sayı 5 nəfərdən az olan ticarət müəssisələri istisna olmaqla, fəaliyyət göstərən bütün hüquqi şəxslər uçota cəlb olunublar.
Toplanmış statistik məlumatların təhlili göstərib ki, 2011-ci ildə ölkədə İKT avadanlıqlarının sayı və onlardan istifadə səviyyəsi xeyli artıb. İKT-nin tətbiqi ölkədə fəaliyyət göstərən müəssisələrdə daha sürətlə inkişaf edib, il ərzində müəssisələrdə olan kompyuterlərin, internetə qoşulmuş müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət orqanları ilə 4163 müəssisə internet vasitəsilə əlaqə yaradıb və onların sayı 2005-ci illə müqayisədə 17,4 dəfə, 2010-cu illə müqayisədə 1,7 dəfə artıb.
HƏQİQƏT
Ölkəmizin İKT sahəsindəki reytinq göstəriciləri rentabelli şəkildə yüksəlir
Ümumdünya İqtisadi Forumunun dünya ölkələrində informasiya texnologiyalarının inkişafına dair (“Global Information Technology Report 2012”) 142 ölkənin İKT sektorunun vəziyyətinin təhlil olunduğu yeni hesabatında Azərbaycanın mövqeyi ötən illə müqayisədə 9 pillə yüksəlib. Respublikamız təşkilatın reytinq cədvəlində 3,9 balla 61-ci yerdə qərarlaşıb.Hazırda MDB regionunda informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəricilərinə və müasir elektron xidmətlərin tətbiqi səviyyəsinə görə ilk üçlükdə (Rusiya, Azərbaycan, Qazaxıstan) yer alan ölkəmiz innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin məlumatlılığı, İKT xidmətlərindən istifadə və digər indikatorlar üzrə mövcud dünya göstəricilərinə yaxındır. Elə sahələr də var ki, ölkəmiz inkişaf etmiş ölkələrin göstəricilərini qabaqlayır.
Qeyd olunanlar isə informasiya cəmiyyətinin ölçülməsini, İKT statistikasının davamlı olaraq aparılmasını daha da zəruri edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, bu məqsədlə 2011-ci il üzrə yeni məlumatların əldə olunması üçün ölkənin regionları üzrə proporsional qaydada, təsadüfi seçmə metodu ilə 10.5 min ev təsərrüfatı üzrə 15-74 yaş qrupunda olan 26.9 mindən çox ailə üzvü arasında sorğu aparılıb. Kənd təsərrüfatı və işçilərinin sayı 5 nəfərdən az olan ticarət müəssisələri istisna olmaqla, fəaliyyət göstərən bütün hüquqi şəxslər uçota cəlb olunublar.
Toplanmış statistik məlumatların təhlili göstərib ki, 2011-ci ildə ölkədə İKT avadanlıqlarının sayı və onlardan istifadə səviyyəsi xeyli artıb. İKT-nin tətbiqi ölkədə fəaliyyət göstərən müəssisələrdə daha sürətlə inkişaf edib, il ərzində müəssisələrdə olan kompyuterlərin, internetə qoşulmuş müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət orqanları ilə 4163 müəssisə internet vasitəsilə əlaqə yaradıb və onların sayı 2005-ci illə müqayisədə 17,4 dəfə, 2010-cu illə müqayisədə 1,7 dəfə artıb.
HƏQİQƏT
Baxış sayı: 918
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır