12px13px15px17px
Tarix:25/06/12

Bir il ərzində Azərbaycanda İKT-nin inkişaf indeksi 4.89-dan 5.12-yə yüksəlib

Son bir il ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf indeksi 4.89-dan 5.12-yə yüksəlib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Ölkədə informasiya-kommunikasiya texnologiyalarının digər əsas infrastruktur göstəricilərinə gəldikdə isə komitədən bildirilib ki, 2012-ci ilin əvvəlinə əhalinin 15-74 yaş qrupu üzrə hər 100 nəfərindən 65-i internet istifadəçisi olub.

2011-ci ildə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının ümumi sayı (ümumi istifadəli telefon şəbəkəsinə çıxışı olan bütün telefon aparatları və taksofonlar daxil olmaqla) 17 ədəd (o cümlədən əsas telefon aparatlarının sayı 16 ədəd), mobil telefon nömrələrinin sayı 104 nömrə olub.

2011-ci ilin əvvəlinə ölkədə 1111.2 min ədəd (2010-cu ildə 849.0 min), o cümlədən ev təsərrüfatlarında 764.4 min ədəd, hüquqi şəxslərdə 221.8 min ədəd və hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlarda 125.0 min ədəd kompyuter mövcud olub.
 
HƏQİQƏT




Baxış sayı: 1254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024