12px13px15px17px
Tarix:25/06/12

“Google” Azərbaycanda qorunub saxlanmasına ehtiyac olan nadir dillər aşkar edib

“Google” hesab edir ki, Azərbaycanda milli azlıqların danışdıqları  altı dili gələcək nəsillər üçün  hifz etmək lazımdır. Həmin dillər  müsəlman tatlarının dili, habelə budux, xınalıq, udin, qrız  və xalac dilləridir.

“Google” internet şirkətinin işə saldığı “Endangered Languages” layihəsi sayəsində  dünyanın yoxa çıxmaqda olan bütün dilləri hifz olunmaq şansı əldə edəcəkdir.  Layihənin icrası  barədə iyunun 22-də məlumat verilib.

“Google”nin məlumatına görə,  dünyanın yeddi min canlı dilindən təxminən yarısı   yaxın yüz ildə yoxa çıxa bilər. Şirkət  müsəlman tatlarının dilini  yoxa çıxmaq həddində olan dillər qrupuna aid edib.  Azərbaycanda  milli azlıqların qalan beş dili  böyük risk altında olan dillər qrupuna salınıb.

Layihə mütəxəssislər arasında  təcrübə mübadiləsi aparılmasını, yoxa çıxmaqda olan dillərin qorunub saxlanılması  üzrə birgə  tədbirlərin görülməsini  nəzərdə tutur.

Saytda təqdim olunan interaktiv xəritədə dünyanın yoxa çıxmaqda olan bütün dilləri  risk  dərəcəsinə müvafiq olaraq yaşıl, sarı və qırmızı rənglərlə qeyd olunmuşdur. Şirkət layihəni  “First Peoples Cultural Council” qrupunun və Şərqi Miçiqan Universitetinin Dil İnformasiyası və Texnologiyası İnstitutunun mütəxəssislərinə verməyi planlaşdırır.

“Endangered Languages” layihəsi  “Geoogle”nin  internet istifadəçilərinin dünyanın mədəni irsi  ilə tanışlığına yönəldilmiş  ilk layihəsi deyildir.  Bundan əvvəl  dünyanın tanınmış  muzeylərini  virtual gəzməyə imkan verən  “Google Art Project”  və dünyanın görməli yerlərinə virtual səyahət təşkil edən  “World Wonders” layihələrini  işə salınıb.




Baxış sayı: 1924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024