12px13px15px17px
Tarix:25/06/12

Sumqayıt Dövlət Universitetinin internet şəbəkəsi

Sumqayıt Dövlət Universitetinin (SDU) kitabxanasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşəbbüsü ilə  internet şəbəkəsinin nailiyyəti kimi təsdiqlənən Wİ-Fİ sisteminin təqdimat mərasimi keçirilib.
Mərasimi SDU-nun rektoru, professor Nadir Qəhrəmanov açaraq təhsilin inkişafında qeyri-hökumət təşkilatlarının rolundan və universitetdə quraşdırılan simsiz internet xətti olan Wi-Fi-nin geniş imkanlarından söhbət açıb.

N.Qəhrəmanov bildirib ki, sürətli interneti təmin etmək məqsədi ilə bu il SDU-da  optik kabel çəkilib. Bu sistemin quraşdırılması nəticəsində istifadəçilər qısa zaman kəsiyində internetlə səmərəli və sürətli əlaqə yarada bilirlər. Müasir dövrümüzün qabaqcıl texnologiyası hesab edilən simsiz internet şəbəkəsinin SDU-da tətbiq edilməsi universitetin həyatında mühüm hadisə kimi qiymətləndirilib.

Təqdimat mərasimində USAID-in  missiya direktoru Maykl Qrin çıxış edərək müasir informasiya cəmiyyətində internetin rolu barədə danışmıb. O deyib ki, təmsil olunduğu  təşkilat əsasən üç sahə - səhiyyə, iqtisadiyyat, demokratik idarəetmə üzrə müxtəlif layihələri həyata keçirir.

Mərasimdə “IREX” təşkilatının xarici ölkələr üzrə direktoru Angela Nikoura Azərbaycanda internetdən istifadənin genişlənməsindən söhbət açaraq bildirib  ki, “IREX” təşkilatı da internetdən istifadə kampaniyasını müvəffəqiyyətlə həyata keçirir. Bu kampaniya Azərbaycanın 19 regionunda reallaşdırılıb. Bu gün isə həmin layihə Sumqayıtda gerçəkləşdirilir. Azərbaycanda gənclərin elmi axtarışlara, xüsusilə internetə üstünlük verməsi çox sevindirici haldır.

Angela Nikoura diqqətə çatdırmışdır ki, “IREX” təşkilatının əsas layihələrindən biri internet köşkləri yaratmaq və onu pulsuz olaraq istifadəçilərin ixtiyarına verməkdir.




Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Oktyabr 2021

25 10 2021