Tarix:25/06/12
"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, sərmayələr yapon şirkətinə optik sensorların istehsalı üçün ayda 45 min deyil, 60 min altlıq istehsal etməyə imkan verəcək. Altlıqların sayı istehsal olunan sensorların tipindən asılı olaraq dəyişə bilər. "Sony" rəhbəri Katsuo Xirai sərmayələrin xeyli hissəsinin CMOS-sensorların buraxılması üçün istehsal gücünün genişləndirilməsi ilə yanaşı, müəyyən məbləğin CCD sensorlara da yönəldiləcəyini bildirir.
Hazırda "Sony"-nin istehsal etdiyi optik sensorların təxminən 80 faizi kənar sifarişçilərə verildiyi halda, qalan 20 faiz "Sony CyberShot" və "Sony Alpha" kameralarında işləyir.
Kameralarda istifadə edilən optik sensorlar kameranın obyektivinə düşən işığın kameranın prosessoru üçün rəqəmsal siqnala çevrilməsi funksiyasını yerinə yetirirlər.
EMİL
“Sony” optik sensorların istehsalına 1 milyard dollar yatırır
Yaponiyanın "Sony" şirkəti rəqəmsal kameralar üçün optik sensorların istehsal gücünün artırılmasına 1 milyard dollar sərmayə yatırır. CCD və CMOS-sensorların istehsalının genişləndirilməsi şirkətə sürətlə inkişaf edən smartfon və planşet kompyuterlər bazarına məhsulları fəal surətdə tədarük etməyə imkan verəcək. İstehsal gücünün artırılmasının Naqasaki şəhərində yerləşən əsas zavodda həyata keçirilməsi planlaşdırılır."ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, sərmayələr yapon şirkətinə optik sensorların istehsalı üçün ayda 45 min deyil, 60 min altlıq istehsal etməyə imkan verəcək. Altlıqların sayı istehsal olunan sensorların tipindən asılı olaraq dəyişə bilər. "Sony" rəhbəri Katsuo Xirai sərmayələrin xeyli hissəsinin CMOS-sensorların buraxılması üçün istehsal gücünün genişləndirilməsi ilə yanaşı, müəyyən məbləğin CCD sensorlara da yönəldiləcəyini bildirir.
Hazırda "Sony"-nin istehsal etdiyi optik sensorların təxminən 80 faizi kənar sifarişçilərə verildiyi halda, qalan 20 faiz "Sony CyberShot" və "Sony Alpha" kameralarında işləyir.
Kameralarda istifadə edilən optik sensorlar kameranın obyektivinə düşən işığın kameranın prosessoru üçün rəqəmsal siqnala çevrilməsi funksiyasını yerinə yetirirlər.
EMİL
Baxış sayı: 853
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır