Tarix:28/06/12
İclasda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektorunun yaradılması məsələsinə münasibət bildirən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev AMEA institutlarında bir qayda olaraq müvafiq informasiya texnologiyaları sektorlarının yaradılmasının zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, bu kimi sektorların yaradılması ölkəmizdə e-elmin formalaşmasına dəstəkdir: “Elmi qurumlarda idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətlərini əlaqələndirmək, istiqamətləndirmək, ümumdünya elektron informasiya məkanına inteqrasiya məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun yenidən qurulması aktual məsələ kimi AMEA-nın qarşısında durur”. Alim sözügedən məsələ ilə bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun AMEA-nın digər elmi qurumları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
HƏQİQƏT
AMEA institutlarında informasiya texnologiyaları sektorlarının yaradılması e-elmin formalaşmasına dəstəkdir
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan qeyd edilib ki, iclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.İclasda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektorunun yaradılması məsələsinə münasibət bildirən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev AMEA institutlarında bir qayda olaraq müvafiq informasiya texnologiyaları sektorlarının yaradılmasının zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, bu kimi sektorların yaradılması ölkəmizdə e-elmin formalaşmasına dəstəkdir: “Elmi qurumlarda idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətlərini əlaqələndirmək, istiqamətləndirmək, ümumdünya elektron informasiya məkanına inteqrasiya məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun yenidən qurulması aktual məsələ kimi AMEA-nın qarşısında durur”. Alim sözügedən məsələ ilə bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun AMEA-nın digər elmi qurumları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
HƏQİQƏT
Baxış sayı: 1308
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır