12px13px15px17px
Tarix:28/06/12

“Google+” sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 250 milyon təşkil edir

“Google+” sosial şəbəkəsində 250 milyon istifadəçi qeydiyyatdan keçib. Bu barədə şirkət San-Fransiskoda start götürmüş “Google I/O” konfransında bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, sosial şəbəkənin aylıq auditoriyası 150 milyon təşkil edir, hər gün öz hesabına daxil olan istifadəçilərin sayı isə 75 milyona bərabərdir.

Sosial şəbəkənin orta statistik istifadəçisi orada gün ərzində 12 dəqiqə vaxt keçirir, o, bütövlükdə “Google” məhsullarına isə 1 saat vaxt sərf edir. “Google+” sosial şəbəkəsinə mobil qurğulardan daha çox daxil olurlar.

Məlumat üçün bildirək ki, “Google+” sosial şəbəkəsi 2011-ci il iyunun 28-də istifadəyə verilib. Lakin sosial şəbəkədə qeydiyyatdan keçmək ilk vaxtlar yalnız dəvət yolu ilə mümkün idi. 2012-ci ilin sentyabrından etibarən sosial şəbəkədə açıq qeydiyyat  başlanıb. 2012-ci ilin yanvarına olan məlumata görə, resursda qeydiyyatdan keçən insanların sayı 90 milyon təşkil edib.
 
EMİL




Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024