Tarix:29/06/12
Bu barədə “ICTnews” Elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən qeyd edilib ki, vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda geniş təqdimatla çıxış edib.
A.Musayev əsas hədəflərdən, bu hədəflərə çatmaq üçün yeridilən vergi siyasətindən, onun həyata keçirilməsi metodları barədə dəyirmi masa iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, fiziki şəxslərin gəlir vergisinin təkmilləşdirilməsi, transfer qiymətlərinin tətbiqi mexanizminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prosedurlarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması əsas istiqamətlərdəndir.
Bundan başqa, hədəflərə elektron audit, elektron ticarətə nəzarətin təmin olunması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi yükünün tədricən istehsaldan istehlaka keçirməsi üçün təkliflərin hazırlanması, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması daxildir.
Həmçinin, ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi, daxildə istehsal olunan və idxal edilən mallara aksizlərin tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, əmlak və torpaq vergilərinin bazasında vahid daşınmaz əmlak vergisinin tətbiqi üçün qanunvericilik bazasının yaradılması və s. gələcəkdə nəzərdə tutulan vergi siyasətinin əsas inkişaf istiqamətlərindəndir.
HƏQİQƏT
Akif Musayev: “Elektron audit, elektron ticarətə nəzarətin təmini, elektron xidmətlərin genişləndirilməsi gələcək hədəflərdir”
Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Mərkəzin 10 illiyinə həsr olunmuş “Azərbaycan: 2020 – Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda dəyirmi masa keçirilib.Bu barədə “ICTnews” Elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən qeyd edilib ki, vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda geniş təqdimatla çıxış edib.
A.Musayev əsas hədəflərdən, bu hədəflərə çatmaq üçün yeridilən vergi siyasətindən, onun həyata keçirilməsi metodları barədə dəyirmi masa iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, fiziki şəxslərin gəlir vergisinin təkmilləşdirilməsi, transfer qiymətlərinin tətbiqi mexanizminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prosedurlarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması əsas istiqamətlərdəndir.
Bundan başqa, hədəflərə elektron audit, elektron ticarətə nəzarətin təmin olunması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi yükünün tədricən istehsaldan istehlaka keçirməsi üçün təkliflərin hazırlanması, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması daxildir.
Həmçinin, ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi, daxildə istehsal olunan və idxal edilən mallara aksizlərin tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, əmlak və torpaq vergilərinin bazasında vahid daşınmaz əmlak vergisinin tətbiqi üçün qanunvericilik bazasının yaradılması və s. gələcəkdə nəzərdə tutulan vergi siyasətinin əsas inkişaf istiqamətlərindəndir.
HƏQİQƏT
Baxış sayı: 1580
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır