12px13px15px17px
Tarix:29/06/12

Azərbaycanın prosessinq mərkəzi nağdsız ödənişlər və hesablaşmalara həsr olunmuş seminarda iştirak edib

Ölkəmizdəki nağdsız ödənişlərin inkişafı respublikanın iqtisadi təhlükəsizliyinin bir hissəsidir. Pul kütləsinin banklar vasitəsi ilə hərəkəti və bütün əməliyyatların əsasən nağdsız ödənişlərin vasitəsi ilə həyata keçirilməsi zəruridir.

Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində keçirilən “Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi” mövzusunda seminarı  plastik kartların, elektron ödənişlərin istifadəsinin və nağdsız ödənişlərin həcminin artırılmasının bu və digər aspektlərinə  həsr olunub. Seminar Vergilər Nazirliyi tərəfindən əsasən KİV nümayəndələri üçün təşkil edilib.

Əsas iştirakçılardan biri olaraq “MilliKart” MMC “Nağdsız ödənişlərin həcminin artırılmasında prosessinq mərkəzlərinin rolu” mövzusunda məruzə ilə çıxış edib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə prosessinq mərkəzinin məlumatında deyilir. Məlumatda bildirilir ki, seminar iştirakçılarına “MilliKart” MMC-nin bu istiqamətdə apardığı işlər, texnoloji həllər və həmçinin Azərbaycan kart bazarına artıq təqdim olunan taksitli ödəmələr, kart sahiblərinə alış-veriş zamanı bonus qazandıran proqramlar haqqında bilgi təqdim olunub.

Elektron hökumət layihəsi çərçivəsində (Dövlət büdcəsinə ödənilən vergi və rüsumların internet üzərindən, nağdsız şəkildə həyata keçirilməsi) görülən işlər haqqında məlumat verilib.
Başqa iştirakçılar arasında Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin “Azərbaycan Respublikasında dövriyyədə olan nağd pul kütləsinin məhdudlaşdırılmasını zəruri edən amillər”, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin “Hökumət və ödənişlər portalı: görülmüş işlər və perspektivlər” və s. kimi məruzələrini qeyd etmək olar.

CAHANGİR




Baxış sayı: 1415

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024